Sülh saatının əqrəbi Bakını göstərir: Azərbaycan Ermənistana hansı güzəşti edəcək?

Sülh saatının əqrəbi Bakını göstərir: Azərbaycan Ermənistana hansı güzəşti edəcək?Qranada, Bişkek və Brüsseldə planlaşdırılan danışıqların baş tutmaması Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair nikbin proqnozları bir müddət arxa plana keçirdi. Lakin son həftələrdə istər İrəvan, istərsə də Bakıdan qısa zamanda "sülh sazişinin imzalanmasının mümkünlüyü" ilə bağlı verilən bəyanatlar siyasi mərkəzləri yenidən hərəkətə gətirib. Bir fakt inkar edilə bilməz ki, hər üç görüşün baş tutmamasının əsas səbəbkarı bölgədə gərginliyin qalmasında maraqlı olan Fransa və onun diqtəsi ilə hərəkət edən Paşinyan hakimiyyətidir. Belə bir mühitdə sülh moderatorluğuna iddia edən tərəflərin prosesə dair baxışlarının nədən ibarət olduğu, ümumi yanaşmalarda uzlaşma imkanları maraq doğurur.

Aİ üzvləri Fransaya qarşı

Sirr deyil ki, Rusiyaya qarşı diplomatik qələbə əldə etmək istəyən Brüssel çoxsaylı görüşlərin təşkili ilə bağlı təşəbbüslərinin lazımsız əşya kimi kənara atılmasını istəmir. Lakin burada əsas məsələ Avropa İttifaqına (Aİ) üzv dövlətlərin sülh prosesinə münasibətdə konsensus əldə edə bilib-bilməyəcəyidir. Məlumdur ki, Aİ çərçivəsində istənilən qərar və ya bəyanat quruma üzv dövlətlərin birgə razılığı ilə verilir. Xüsusilə indiki həssas məqamda Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsini özünün strateji maraqları hesab edən ölkələrin sayı heç də az deyil. Onlar Fransanın pozucu fəaliyyətindən ciddi şəkildə narahatdırlar.

Qərb ikinci Ukrayna istəmir

Cənubi Qafqaz üzrə siyasi ekspert Aleksandr Rarın fikrincə, Fransanın Cənubi Qafqazda fəaliyyəti bu ölkədəki erməni diasporunun nüfuzu amilindən qaynaqlanır: "Məsələyə daha geniş yanaşsaq, nəzərə almaq lazımdır ki, artıq müstəqil Fransa və ya müstəqil Almaniya siyasəti yoxdur. Avropa ölkələri arasında müəyyən razılaşma var ki, geosiyasi məsələləri birgə həll etmək lazımdır. Qafqazda baş verənlər isə çox ciddi geosiyasi hadisədir. Buna görə də Fransa Aİ-nin həm Ermənistan, həm də Azərbaycanla bağlı siyasətini müstəqil şəkildə təşviq edə bilməz. Qərbin Qafqazda təsiri çox azdır. Avropa yeni kütləvi köçə səbəb olacaq ikinci qaynar nöqtə istəmir. Ona görə də o, hər şeyi edəcək ki, Qafqaz Rusiya ilə Qərb arasında ikinci Ukrayna olmasın. Bu gün avropalılar Qafqazda nə edəcəklərini bilmirlər, onların konsepsiyası və resursları yoxdur".

"Azərbaycanın Ermənistana güzəşti"

"Forbes"in sülh prosesi ilə bağlı yayımladığı analitik material da cərəyan edən hadisələrlə əlaqədar Qərb mərkəzlərindəki siyasi düşüncələrin nədən ibarət olduğunu anlamağa imkan verir. Bildirilir ki, heç kim Azərbaycan və Ermənistan arasında sıx əməkdaşlıq gözləmir. Amma ümid var ki, onlar heç olmasa bir-birilərinə öz ərazilərindən tranzit daşımalara icazə verəcəklər. Burada sülhün əsas şərtlərindən biri kimi kommunikasiyaların açılmasına diqqət çəkilir: "Düzdür, hər yerdə olduğu kimi, bu məsələdə də güclülərin hökmranlığı öz işini gördü. Faktiki olaraq yalnız bir infrastruktur layihəsi - Zəngəzur dəhlizi deyilən layihə müzakirə olundu". Tərəflər arasında fikir ayrılıqlarının detallarına diqqət yetirən məqalədə artıq Bakının İrandan alternativ yol çəkilişini həyata keçirməsinə ayrıca vurğu edilir. Nə qədər qəribə olsa da, bu addım "Azərbaycanın Ermənistana güzəşti" kimi qiymətləndirilir. Paşinyanın Tbilisidəki "sülh yolu" ilə bağlı çıxışındakı detallara toxunan ekspertlər sözdə hər şeyin Ermənistan üçün "çox gözəl" səsləndiyini bildirirlər: "Paşinyanın arzuları o halda reallaşa bilər ki, İrəvan Azərbaycan, Rusiya və Türkiyə tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilsin. Lakin, bu, heç də belə deyil. Hər üç oyunçunun özləri üçün daha yaxşı şərait yaratmaq imkanı var. Eyni zamanda, İrəvanın dörd dənizə və iki okeana eyni dərəcədə rahat çıxış əldə etmək ideyası yalnız özlərinə lazımdır. Bu ideya başqa heç kimə maraqlı deyil".

ABŞ mövcud sakitlikdən yararlanmaq istəyir

Vaşinqtonun sülh prosesindən gözləntilərini isə "Politiko" nəşri ifadə edir. Qeyd olunur ki, əgər Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, bu, Rusiyaya ciddi zərbə olacaq. Bu, Vaşinqton və Brüsselin qələbəsi hesab ediləcək. "İndi həm Azərbaycan, həm də Ermənistan yaxın bir neçə ay ərzində çoxdan gözlənilən sülh sazişinin bağlana biləcəyini deyirlər", - nəşr yazır. Cənubi Qafqazda özünə qarşı yönələn və birbaşa sülh prosesi ilə bağlı olan təzyiq rıçaqlarını azaltmaq üçün Rusiyanın Qərbin diqqətini Balkanlar, Yaxın Şərq və Afrikadakı münaqişələrə yönəltməyə çalışdığını vurğulayan ekspertlər "sakitliyin hökm sürdüyü mövcud şəraiti nadir məqam" kimi dəyərləndirirlər. "Hazırda həm Ermənistan, həm də Azərbaycan nikbindir", - "Politiko" yazır.

Ermənistanın son şansı

Göründüyü kimi, Paşinyan çıxılmaz duruma düşüb. Onun Rusiya ilə qarşıdurmada "xilaskar" obrazında gördüyü Qərbin özündə belə, Ermənistanın danışıqlar prosesindəki mövqeyinin çox zəif olduğunu qəbul edirlər. Aparıcı beyin mərkəzlərinin tribunası sayılan media orqanları, ekspertlər vasitəsi ilə bu yanaşma İrəvanın diqqətinə çatdırılır. Bölgədə onun heç də bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməyəcəyi söylənilir. Əslində, son üç ildə Azərbaycanın hərbi və diplomatik hücumları nəticəsində darmadağın edilən Ermənistanın Paşinyanın timsalında irəli sürdüyü "sülh şərtləri"nin bölgədəki mövcud reallıqlarla uzlaşmadığını İrəvan hakimiyyəti özü də anlayır. Dövlət olaraq inkişafın yalnız Azərbaycanla sülh sazişindən keçdiyini, bu prosesin də gec-tez İrəvanın "istəkləri" ilə yox, rəsmi Bakının şərtləri və tələbləri əsasında reallaşacağını gözəl anlayırlar. Artıq Bakı düyməyə basıb. Sülh saatının əqrəbi nə Qərbi, nə də Şərqi göstərir. Əqrəbin işarə etdiyi əsas istiqamət elə Cənubi Qafqazdır.

"Kaspi" qəzeti


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1392   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr