Azərbaycan Prezidenti Koreyanın Ticarət və Sənaye Palatası sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Koreyanın Ticarət və Sənaye Palatası sədrini qəbul edib - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Çey Tae-von ölkəmizdə sonuncu dəfə 12 il əvvəl olduğunu qeyd edərək, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən inkişaf proseslərinin və qazanılan nailiyyətlərin onda dərin təəssürat oyatdığını deyib, bununla bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlıq imkanlarını qeyd edib.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının tətbiqi ilə bağlı Koreya Respublikası şirkətinin təcrübəsi, Azərbaycanın zəngin bərpa olunan enerji potensialının reallaşdırılması, həmçinin ölkəmizin böyük mineral ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1953-cü ildə təsis olunan və baş ofisi Seul şəhərində yerləşən "SK Group" Koreya Respublikasının ikinci ən böyük şirkətlər qrupudur. Şirkətin ötənilki gəliri 150,9 milyard, aktivlərinin həcmi isə 246,9 milyard ABŞ dollarıdır. Qlobal miqyasda törəmə şirkətlərinin və filiallarının sayı 512, dünya üzrə əlaqəli şirkətlərinin sayı isə 198 olan "SK Group"un müxtəlif ölkələrdə 100 mindən çox işçisi var. Şirkət energetika və kimya, informasiya-kommunikasiya texnologiyaları, yarımkeçiricilər və qabaqcıl materiallar, logistika, xidmətlər, biosəhiyyə və əczaçılıq istiqamətlərində fəaliyyət göstərir.

12:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZƏRTAC xəbər verir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1060   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr