Prezidentdən xüsusi təyinatlılarla bağlı FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Bu barədə President.az xəbər verir.
Fərmanla hərbçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılır.
2. Bu fərmanın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçular üçün artım əmsalı tətbiq edilir.
3. Müəyyən edilir ki, bu fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalı hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında hər müvafiq büdcə ili üzrə razılaşdırılmış say və tərkibə uyğun olaraq, yalnız xidməti vəzifələrin icrası zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində bu fərmanın 1-ci hissəsinə uyğun olaraq, hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini, həmçinin bu fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddini, eləcə də bu fərmanın 6-cı hissəsinə uyğun olaraq, vəzifələrin siyahısını və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, sənəddən irəli gələn digər məsələləri həll etmək həvalə olunur.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğini bu fərmanın 4.2-ci bəndini və hərbi qulluqçuların yerinə yetirdikləri tapşırıqların xüsusiyyətlərini nəzərə almaqla iki ay müddətində müəyyən etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu fərman 2022-ci il dekabrın 1-dən (bu fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb