Mələkxanım Eyubova aparıcıları tənqid etdi - "Efirə çıxmaq istəmirik"

Mələkxanım Eyubova aparıcıları tənqid etdi - "Efirə çıxmaq istəmirik""Aparıcıların üzərinə böyük məsuliyyət düşür. Aparıcıya efir tapşırılıbsa, ora kimlər gəlir? Hər bir kanal istəyir ki, oraya gözəl sənətkarlar gəlsin. Onlar da çox deyil axı. Sonra da boşluğu doldurmaqdan ötrü kimi çağırırsan? Bundan sonra sənətkarların həmin verilişə ayağı dəymir. Çünki deyir ki, mən gəldiyim yer elə olmalıdır ki... Üzdən iraq oxuya bilməyən, ağzının danışığını bilməyənlər gəlir, sən onlara da dəyərli deyirsən, mənə də, onda nə fərqi qaldı? O zaman biz sənətkarların ayağı da həmin kanaldan, verilişdən çəkilir. Burada aparıcıların da təqsiri var. Çünki aparıcısan, illərdir gəlmisən və birdən reytinq xatirinə bunu edirsən. Bunu bu gün danışmasaq, sabah artıq uçuruma gedirik".

Sonxeber.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Gün işığında" verilişində qonaq olarkən deyib. O, aparıcıları tənqid edib və efirlərə dəvət olunan bəzi müğənnilərə görə, sənətkarların artıq verilişlərə çıxmaqdan imtina etdiyini vurğulayıb:

"Biz artıq bu uçurumdayıq. Çünki biz sənətkarlar, dostlarım gileyliyik. Ona görə də heç kəs efirə çıxmaq istəmir. Bu, artıq dəhşətdir. Sənətkarlarımız efirə çıxmaq istəmir. Bu nə deməkdir? Bu o deməkdir ki, kanallara, efirlərə kim ayaq açacaq? Artıq başqa söz demək istəmirəm.

Olsun yeni gələn, heç tanınmayan. Biz də tələbələrimizi gətirib tanıdırıq. Amma mahnının sözləri var ki, adam evində, küçədə utanar onları deməyə, nəinki efirdən eşidəsən. Aparıcı ilə gələn qonağın danışıqları... Mən özüm də xalqın içindəyəm. Xalq artıq efirlərə baxmır. Bu dəhşətdir. Nə sənətkarlar efirə gəlir, nə xalq baxır. Soruşursan ki, dünən efirə baxmısan? Cavab verir ki, biz efirə baxmırıq. Çünki evdə onun həyat yoldaşı, anası, balası var, necə açıb ora baxsın?! Düzdür, zatən telefon əlimizdədir, dünya ovcumuzun içindədir. O özü bilər, amma bu mənim ailəmdir, onları buraxmıram içəri, bağlayıram televizoru. Niyə efirdən gözəl tar səsi gəlməməli, aktyorlar gözəl şeirlər səsləndirməməlidir? İntertdə baxıram, insanlar sevir, gözəl sözlər yazırlar. İnsanlar buna acdır. Çağırın, elə efirdən səsləndirsinlər. Allah sənətkarlarımıza rəhmət etsin, bir daha gəlməyəcəklər. Yetişmirlər. Niyə yetişmirlər, çünki deyirlər ki, vəziyyət belədir. İstəmirəm desinlər ki, "belədir də". İstəyirəm ki, əl-ələ verək. Əslində biz zəbt etməliyik efirləri, ən çox biz danışmalıyıq, sənətkarlarımız gəlib ifa etməlidirlər. Gənclərimiz də görməlidir ki, kimlər var".

M.Eyyubova sosial mediada sənətçilərin ünvanına yazılan tənqid dolu şərhləri isə pisləyib:

"Sosial şəbəkəyə baxanda başqa-başqa sözlər yazamasınlar. Onda sənətkarlar inciyir. Deyirlər, biz canımızı qoymuşuq sənətin yolunda, 30-40-50 il bu mədəniyyəti, musiqini dünyanın hər yerində təbliğ etmişik. Çətin dövr idi, biz həm ifaçı olmuşuq, həm də əlmizdə silah. Mikrafon bizim silahımız olub. savaş aparmışıq. Amma o yazılara baxanda istər-istəməz kövrəlirsən. Düşünmürəm ki, onu yazan xalqdır. Sənət adamları uşaq kimi kövrək olurlar". /Axşam.az


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2555   Tarix: 10 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021