Yetkinlik yaşına çatmayanlar arasında ölümün başlıca səbəbi

Yetkinlik yaşına çatmayanlar arasında ölümün başlıca səbəbiNoyabrın 12-si Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Günüdür.

AZƏRTAC xəbər verir ki, bu beynəlxalq gün tibbi təqvimə Uşaq sətəlcəminə qarşı Qlobal koalisiyanın təşəbbüsü ilə salınıb.

Sətəlcəm kəskin infeksiya xəstəliklərinə aid edilir. Orqanizm infeksiyaya ən çox hava-damcı yolu ilə yoluxur. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər pnevmoniyanın törədiciləri ola bilər. Sətəlcəmin əlamətləri onu doğuran səbəblərdən, xəstənin yaşından və sağlamlıq vəziyyətindən asılıdır. Xəstəlik kəskin keçir və ya aldadıcı formada inkişaf edir. Onun ağciyərdə ağırlaşması daha çox yaşlılarda və immuniteti zəif uşaqlarda müşahidə olunur. Ağciyər sətəlcəmi qripəbənzər əlamətlərlə kəskin respirator virus infeksiyaları fonunda inkişaf edir. "Özünümüalicə" zamanı temperaturu aşağı salan preparatlar qəbul edərkən sətəlcəmin yaranma riski və digər ağırlaşmalar artır. Bu, infeksiyanın tənəffüs yolları ilə aşağı yayılmasına və ağciyərlərdə infeksiya mənbələrinin yaranmasına səbəb olur.

Sətəlcəm bütün dünyada yetkinlik yaşına çatmayanlar arasında ölümün başlıca səbəbidir, ilk növbədə, məhz uşaqlar bu xəstəlikdən əziyyət çəkirlər. Hər il xəstəlik beş yaşınadək 1 milyona yaxın uşağın həyatına son qoyur. Bu, QİÇS, malyariya və qızılcadan ölənlərin birgə statistik göstəricisindən çoxdur. Sətəlcəm hər yerdə yayılsa da, ondan daha çox Cənubi Asiya və Afrika ölkələrindəki uşaqlar əziyyət çəkirlər.
2009-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı UNICEF-lə birgə "Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı"nı elan edib. Həmin planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə sətəlcəmlə mübarizəni, xəstəliyin profilaktika və müalicəsini fəallaşdırmaqdır. Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Gününün rəmzi sayılan mavi rəng səmanın, təmizliyin və xəstələnmə hallarının ümumi səylər nəticəsində minimuma endiriləcəyinə bəslənilən ümidi əks etdirir.

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib. İndi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və başqa xəstəliklər əleyhinə planlaşdırılmış şəkildə aparılan peyvəndləmə tədbirləri ölkədə bütün uşaqları əhatə edir. Həmin tədbirlər nəticəsində, həmçinin immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi və immunoprofilaktika sayəsində infeksion xəstəliklərə tutulma hallarının azaldılması istiqamətində sabit dinamika əldə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1363   Tarix: 12 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ

Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi

1 noyabr
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

25 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

1 noyabr