Bakıda inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
09:43
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırıb.
Qeyd edək ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
09:57
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
09.36
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd edilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.
09:29
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirlərini davam etdirir.
Nazirlikdən "Report"a verilən məlumata görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
09.06
Küləkli hava, yüksəkgərginlikli elektrik xətləri Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğının söndürülməsini çətinləşdirib.
Bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.
Saat 05:41-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında FHN-ə yanğın olması barədə məlumat daxil olub. Dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksəkçağırışlı elan etməklə, 2 saylı çağırış elan edib. Havanın küləkli olması, həmçinin yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib.
Bildirilib ki, küləkli hava yonqarları geniş sahəyə yayıb və yanğın yerində 3 mənbə yaranıb. Hazırda bütün istiqamətlərdə yanğın sahəsi tam əhatəyə alınıb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğının sahəsi təxminən 4 000 kvadratmetrə yaxındır.
Taxta materialların ərazidən çıxarılması yüksək temperatur səbəbindən çətinlik yaradıb.
08:16
Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
07:46
Bakıda taxta bazarında baş verən yağında bir nəfər həyatını itirib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı açıqlamada qeyd olunur.
"Bu gün saat 5:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində bir şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, xəsarət alan yoxdur.
07:44
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
07:36
Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən "Report"a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.
Əlavə məlumat veriləcək.
06:49
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
APA-nın məlumatına görə, havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-in 10 texnikası cəlb edilib. Həmçinin qeyd olunur ki, yanğın zamanı bir nəfər xəsarət alıb.









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə
Bəzi ərazilərə LEYSAN, QAR yağacaq
Bu meyvə xərçəngə qarşı gizli silah imiş...
İngiltərə Çempionlar Liqasına 5-ci vəsiqəni qazandı: daha ikisini hədəfləyir
Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - Foto
Xarab olmayan Çin avtomobilləri - Adları AÇIQLANDI
"Mənə xəyanət edibsə, Allah bəlasını versin"
D vitamini çatışmazlığı cilddə hansı fəsadlar yaradır?
Azyaşlının maşın sürməyi təhlükə yaratdı: Polis araşdırmalara başladı - VİDEO
Xalq artistinin oğlu müğənnilik edəcək
Aysel Teymurzadənin oğlu ilk dəfə - Foto
Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı
İllər sonra yenidən ortaya çıxdı! İndi olsa yer yerindən oynayar - VİDEO
Məşhur aktyorun son halı ürək dağladı - VİDEO
İtkin düşən qadın 42 il sonra tapıldı