Azərbaycanlı seysmoloqdan qorxunc zəlzələ açıqlaması: 2024-cü ildə...
2023-cü il istər dünyada, istərsə də ölkəmizdə baş verən zəlzələlərlə yadda qaldı. İlin əvvəlində qardaş ölkə Türkiyədə yaşanan dağıdıcı zəlzələ, daha sonra Xəzər dənizində yaşanan titrəyişlərin paytaxt Bakıya və bölgələrə təsiri, həmçinin İran, Suriya və bir sıra ölkələrdəki güclü yeraltı təkanlar hər kəsi təşvişə saldı. Yeni ilin ilk günlərində isə Yaponiyadakı 7,4 ballıq güclü zəlzələ dünyaya səs saldı. Yaşanan hadisələr insanlarda bir sual yaradır: bu il yenidən güclü və dağıdıcı təkanlar baş verəcəkmi?
Bununla bağlı "Yeni Sabah"a açıqlama verən Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin müdiri Qulam Babayev suallara aydınlıq gətirib:
"Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, 2023-cü il sona qədər güclü seysmik və tektonik aktivliklə müşahidə ediliərək, dünyanın bütün zonalarında hiss olunacaq. Ələlxüsus da, ötən ilin fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra etdiyim tətqiqatlar və araşdırmalar bu sözləri deməyimə əsas vermişdi ki, belə bir aktivlik yaşanacaq. Həmçinin, dekabrda Xəzər dənizində baş verən və Bakı şəhərində də hiss olunan yeraltı təkanlar göstərdi ki, sözügedən seysmik və tektonik aktivlik dövrü 2024-cü ildə də davam edəcəkdir".
Seysmoloq qeyd edir ki, zəlzələ barədə qabaqcadan tam dəqiqliklə məlumat vermək mümkün deyil:
"Zəlzələlərin bir neçə növlü var. Onlardan biri hər gün qeydə alınan standart və klassik yeraltı təkanlardır. İnsanlar bunu hiss etməsə də, cihazlar həmin titrəyişləri qeydə alır. İkinci növə isə güclü və dağıdıcı zəlzələlər aiddir. 4,5-5 və 5,5 bal gücündə olan yeraltı təkanlar insanlar tərəfindən hiss olunur. Ümumiyyətlə isə, öncədən zəlzələnin baş vermə zonasını, gücünü və dərinliyini dəqiqliklə müəyyən etmək mümkün deyil. Bu həqiqət dünyanın istənilən ölkəsi üçün keçərlidir. Heç vaxt əsl seysmoloq belə bir iddia irəli sürə bilməz. Qabaqcıl alətlər və avadanlıqlar da baş verəndən sonra insanları xəbərdar edir. Buna erkən xəbərdarlıq sistemi deyirlər".
Ekspert bildirir ki, bu il zəlzələlər super aktivliklə müşahidə olunacaq:
"Bütün müşahidələrimə və hesablamalarıma əsasən deyə bilərəm ki, Azərbaycanda 2024-cü ildə də güclü zəlzələlərdən qaçmaq mümkün olmayacaq. Yəni, yeraltı təkanlar hiss ediləcək dərəcədə müşahidə olunacaq. Dünya miqyasında isə güclü, həmçinin, dağıdıcı zəlzələlər yenə də gözlənilir. Eyni zamanda güclü vulkan püskürmələri də olacaq. Bütün bunların fiziki bir cavabı var. Tektonik aktivlik müşahidə olunur və bunun səngiməsi üçün əvvəlki vəziyyətə qayıtmaq lazımdır. Ancaq 2024-cü ildə bu mümkün deyil. Çünki aktivlik davam edəcək. Hətta deyərdim ki, bu super aktivlik olacaq. Yaponiyada baş verən güclü zəlzələ və ardıcıl zəlzələ seriyası bizə göstərdi".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 5187 Tarix: 05 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrBakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
18 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabr