Fransa səfiri ölkədən çıxarıla bilər? - AÇIQLAMA

Fransa səfiri ölkədən çıxarıla bilər? - AÇIQLAMA"Fransanın indiyə qədər atdığı addımlar, birmənalı ermənipərəst mövqe nümayiş etdirməsi Fransanın bütün diplomatik normaları aşmağı deməkdir. Bütövlükdə Fransanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salan siyasi addımları, 30 il ərzində işğalçıları dəstəkləməsi, post işğal dövründə Azərbaycanın apardığı haqlı mübarizəni gözdən salmaq üçün dəridən-qabıqdan çıxması bu ölkənin diplomatik mənada münasibətlər qura bilmədiyinin göstəricisidir. Eyni zamanda Azərbaycanın yaratdığı reallıqları qəbul edə bilməməyi , özəlliklə Makron hakimiyyəti dövründə Fransanın bütün siyasi xəttinin Ermənistan maraqlarına verilməyi ilə nəticələnir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, iki ölkə arasında əlaqələrin pisləşməsinin ən böyük günahları Fransadır:
Fransa səfiri ölkədən çıxarıla bilər? - AÇIQLAMA"Çünki Azərbaycan Fransa ilə münasibətləri heç vaxt zədələyəcək addımlar atmayıb. Bu gündə biz görürük ki, Fransanın Azərbaycanla danışıq dili, ritorikası qəbuledilməzdir. Fransanın özü Azərbaycan ilə münasibətləri korlamaqla böyük iqtisadi-siyasi dividendlərdən özünü məhrum etmiş olur. Bölgənin əsas gücü Azərbaycandır. Azərbaycan kimi bir ölkə ilə münasibətləri korlamaq və özünü Avropanın aparıcı ölkəsi kimi təqdim etməyə çalışmaq ədalətsizlikdir. Fransa onsuz neomüstəmləkəçi siyasəti ilə bütün dünyada nüfuzunu itirmiş bir ölkədir. Dünya Fransanın etdiyi haqsızlıqlara göz yumarkən, Azərbaycan Fransa istilasına qarşı Fransanın neomüstəmləkəçilik siyasətinə qarşı qlobal Bakı Təşəbbüs qrupuna rəhbərlik edir".

Politoloqun sözlərinə görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik normaları tamamilə pozaraq Azərbaycan əleyhinə casus- kəşfiyyat fəaliyyətini təşviq etməsi ilə bağlı ortada konkret faktlar var:

"Martin Ryanın həbsi onu göstərir ki, Fransa Azərbaycana qarşı təkcə üzdə deyil, arxa planda da hansısa qəbuledilməz addımlar atıb. Fransa buna qarşı çox cılız bir mövqe ortaya qoyaraq səhvini etiraf etmək yerinə, Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını heç bir arqument olmadan ölkədən çıxartmağa çalışdı. Yəni bütün bu faktorlar və münasibətlər onu göstərir ki, Fransanın Azərbaycan ilə münasibətləri daha da zədələnir. Konkret olaraq Azərbaycan inanmıram ki, Fransa səfirini ölkədən çıxartsın. Hər halda ola bilər ki, hansısa diplomatik məsləhətləşmələr üçün hər iki ölkə səfirlərini geri çağıra bilər. Amma səfirin ölkədən çıxarılacağı həddinə çatacağını düşünmürəm".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2062   Tarix: 10 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr