Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinci xanıma hoteldə yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir. Burada müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb.
Qeyd edək ki, Azərbaycanda turizm sektorunun davamlı və hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin zəngin təbii resursları, qədim tarixi-mədəni irsi və nadir iqlim müxtəlifliyi ilə yanaşı, turizm sənayesinin inkişafı ilə bağlı dövlət səviyyəsində görülən işlər Azərbaycanı dünyanın hər yerindən olan turistlər üçün cəlbedici ölkəyə çevirib.
14:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər.
Sonxeber.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.















Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1258 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Dövlət başçısı həmçinin "Azərbaycan Respublikas
17 noyabrAğdamın işğaldan azad olunmasından 6 il keçdi
"2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən münaqişə zonasında bütün hərbi əməliyyatlar dayandırıldı və həmin tarixdən etibarə
16 noyabrAzərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu siyasətin mühüm nəticələrindən biri olmaqla, iki ölkə arasında münasibətlərin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsini ifadə edir. 2026-cı il noyabrı
16 noyabrAğdam - Qafqazın Xirosiması yenidən dirçəlir
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. 10 Noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasınd
16 noyabrAzərbaycanın xarici siyasətinin növbəti uğuru
Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas
16 noyabr