"Zəmanətçilər" sülhə qarşı: saziş üçün ikitərəfli format niyə vacibdir?

"Zəmanətçilər" sülhə qarşı: saziş üçün ikitərəfli format niyə vacibdir?Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının iki müstəvidə aparılması gündəmdədir: vasitəçilərin iştirakı ilə aparılan danışıqlar; ikitərəfli formatda aparılan danışıqlar;

44 günlük müharibədən sonra əsas danışıqlar vasitəçilərin iştirakı ilə aparılıb, hərçənd, heç bir konkret nəticə əldə edilməyib. Səbəb sadədir: vasitəçi olaraq iştirak edən tərəflər Bakı və İrəvan arasında sülh sazişinin imzalanması, regional sülhün əldə edilməsindən daha çox bu prosesdə öz maraqlarının təmin edilməsinə çalışır. Və nəticə etibarilə Bakı-İrəvan xəttində sülh danışıqları Rusiya və Qərbin tərəf olduğu geosiyasi mübarizə predmentinə çevrilib.

Danışıqların onun təşkil etdiyi masada keçirilməsinə çalışan Rusiyanın birdən çox hədəfi var:

- Qərb oyunçuların regiona daxil olmasının qarşısını almaq;

- Azərbaycan və Ermənistan arasında "hakim rolunu" saxlamaqla regional təsir rıçaqlarını gücləndirmək;

- Regional kommunikasiyanın açılmasında paya sahib olmaq;

Buna qarşı əks-həmlə edən Qərbin də öz məqsədi mövcuddur:

- Cənubi Qafqazda təsir imkanlarını artırmaq və Rusiyanı bölgədə sıxışdırmaq;

- Regional kommunikasiyalarda Rusiyanın iştirakının qarşısını almaq;

Qərb və Rusiyanın maraq müharibəsi Bakı və İrəvanın sülh danışıqlarına töhfə verməkdən daha çox, maneələr yaradır və bəllidir ki, geosiyasi mübarizənin tərəfləri proseslərə müdaxilə etmək üçün bir çox hallarda Ermənistan üzərindən oyun qurmağa çalışırlar. Misal üçün, Rusiya masasında hansısa irəliləyiş əldə ediləndə Qərb rəsmi İrəvan üzərindən prosesi tormozlayır, yaxud əksinə - Rusiya Qərb masasındakı razılaşmaların praktiki müstəvidə işləməsinə imkan verməmək üçün Ermənistandakı kartlarını işə salır.

Bunun fonunda Qərb və Rusiya masasındakı gündəliyin fərqliliyi də tərəflərin razılaşmasını çətinləşdirir, xüsusilə öhdəliklərinin icrasından qaçan Ermənistana prosesi pozmaq üçün manevr imkanları tanıyır.

- Rusiya masasında regional kommunikasiyaların 10 noyabr razılaşmasına uyğun açılması irəli sürür, o cümlədən, sərhədin delimitasiyasının SSRİ xəritələrinə əsasən aparılması məsələsi aktualdır;

- Qərb masasında regional kommunikasiyaların Ermənistanın maraqlarına uyğun açılması, delimitasiya prosesində isə "güzgü prinsipi"nin – qoşunların geri çəkilməsi irəli sürülür;

Ermənistan maraqlarının təmin edilməsi məqsədilə bu iki masa arasında var-gəl edir, danışıqlar prosesini uzadır. Rəsmi İrəvanın hazırda sərgilədiyi mövqe də bundan ibarətdir. Ermənistan xüsusilə Qərb masasında danışıqların davam etdirilməsinə çalışır və əsas məqsədi regional kommunikasiyanın açılmasında, eləcə də sərhədin delimitasiyasında maraqlarının təmin edilməsinə nail olmaqdır. Qranada Azərbaycanın iştirakı ilə keçirilən görüş və qəbul edilən bəyanatın mətni də bunu təsdiq edir. Hərçənd, Azərbaycan bunu qəbul etmir və ikitərəfli fornmat təklifini irəli sürür.

Proseslər də göstərir ki, sülh sazişinin imzalanmasının yeganə yolu müzakirələrin ikitərəfli formatda aparılmasıdır.

Birincisi, bu formatda Bakı-İrəvan münasibətlərinin, ümumilikdə regionun geosiyasi mübarizə poliqonuna çevrilməsinə imkan vermir;

İkincisi, geosiyasi oyunçuların öz maraqlarının təmin edilməsi naminə sülh prosesini pozmasının qarşısını alır;

Üçüncüsü, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan yalnız ikitərəfli formatda ciddi razılaşma və bu razılaşmanın praktiki müstəvidə icrasına nail olub;

Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində bu məsələyə toxundu. Dövlət başçısı bəyan etdi ki, Ermənistan sülh müqaviləsinin zəmanətçilərinin olmasını istəyir.

"Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür", - dövlət başçısı bildirib.

Rəsmi Bakı sülh sazişi üçün çıxış yolları təklif edir, İrəvanın qəbul etməməsi prosesin uzanmasına, yaxud ümumiyyətlə baş tutmamasına səbəb olacaq. Çünki Ermənistanın istədiyi "beynəlxalq zəmanətlər" regional yalnız qarşıdurma gətirəcək.

Mənbə: www.musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1194   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr