Evə fişəng düşərsə, günahkar kimdir? - FOTO

Evə fişəng düşərsə, günahkar kimdir? - FOTO2024-cü il başlayan vaxt Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən Xətai Park Yaşayış Kompleksində çoxmərtəbəli binanın həyətində keçirilən atəşfəşanlıq zamanı fişənglərdən biri yaşayış evinə düşüb və daha sonra mənzildə yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunublar. Yanğın söndürülsə də, ev tamamilə yanıb.

Bəs bu cür hadisə baş verən zaman günahkar kimdir?

Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür hadisələr əksər hallarda vətəndaşların ehtiyatsızlığı və xüsusən də hüquqi maarifləndirmənin aşağı səviyyədə olması səbəbindən baş verir:

"Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın həm ümumi, həm də vəzifəli subyektlər tərəfindən bu qaydalara ciddi riayət olunmamasından irəli gələ bilər.

Mövcud İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda, digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - həm fiziki, həm vəzifəli şəxslərə xəbərdarlıq edilir.

Bu, hüquqi statusundan asılı olaraq, iyirmi manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xətalar qanunvericiliyinə əsasən, inzibati xəta törədərkən, yalnız on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar".

C. Babayev bildirib ki, məsələyə daha kriminal tərəfdən nəzər yetirsək, pirotexniki vasitələrdən şəxsiyyət və ya mülkiyyət əleyhinə qəsdən istifadə olunması mövcud Cinayət Məcəlləsinin 187-ci maddəsinin təsiri altına düşür:

"Yəni özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə kimi başa düşülür.

Təqsirkar öz hərəkətləri ilə xeyli miqdarda ziyan vura biləcəyi imkanını qabaqcadan görmür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir. Bu psixoloji davranışa cinayətkarcasına özünəgüvənmə deyilir. Qeyd olunan cinayətin subyekti on altı yaşına çatmış anlaqlı fiziki şəxsdir.

Cinayət həmin yaş həddinə çatmayan şəxs tərəfindən törədildikdə, onun valideynləri mülki qaydada məsuliyyət daşıyırlar, istintaqın araşdırması və məhkəmənin qərarı əsasında isə həmin şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər. Məcəllənin tələbinə əsasən, cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur".
Evə fişəng düşərsə, günahkar kimdir? - FOTOEvə fişəng düşərsə, günahkar kimdir? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1043   Tarix: 15 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev

14 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr