Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava: Məşhur sahibkarın oğlu həbs olunub - FOTO

Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava: Məşhur sahibkarın oğlu həbs olunub - FOTOBakının Suraxanı rayonunda yerləşən "Antalya" restoranının sahibi və mühafizəçilərini döyən mərhum iş adamının oğluna hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda yerləşən "Antalya" restoranının çimərlik hissəsindəki 200x50 metr ölçülü əraziyə görə baş verib.

Belə ki, həmin ərazi 1998-ci ildə Suraxanı İcra Hakimiyyətinin sabiq başçısı olan, sonradan uzun illər Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala Abutalıbovun 23 iyul 1998-ci il tarixli 1221 saylı sərəncamı ilə sahibkar Hacımurad Rzayevə hədiyyə edilib. Hacıbala Abutalıbov bunun əvəzində sahibkardan Hövsan qəsəbəsindəki çimərliyin bir hissəsini abadlaşdırmağı xahiş edib.

Sərəncamın qərar verilmiş hissəsinə əsasən, Hövsan Bağları sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200x50 metr ölçüdə torpaq sahəsini abadlaşdırmaq və əhalinin rahatlığını təmin etmək üçün təqdim olunmuş çizgi əsasında təhkim olunub. Həmçinin sahədə kapital tikintinin aparılmasının qadağan edilməsi, Hacımurad Rzayevə çimərlikdə göstərilən bütün xidmət növlərinin pulsuz olması tapşırılıb. İş adamı həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ərazidə kafe, mağaza, o cümlədən turistlər üçün kiçik qayıqlar fəaliyyət göstərib.
Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən getdikdən sonra qanuni təmsilçisi Qadir Mehdiyev olan "Mars-M" Çoxsahəli Kommersiya Firması tərəfindən "Antalya" restoranı tikilib. 2019-cu ildə həmin ərazidə olan obyektlər də sökülərək restoranın ərzisinə daxil edilib.
Bundan sonra Hacımurad Rzayev ilə "Mars-M" şirkəti arasında mübahisələr baş verib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə "Antalya" restoranın qarşısındakı 200x50 metr ərazidəki çimərlik sahəsi möhürlənməklə, mübahisə tərəflərinin istifadəsinə qadağa qoyulub.

20 avqust 2021-ci il tarixdə Hacımurad Rzayevin vəfatından sonra şirkətin qeyri-rəsmi sahibi Qadir Mehdiyev sözügedən ərazini mərhum iş adamından aldığını iddia edib. Hacımurad Rzayevin oğlu, 1984-cü il təvəllüdlü Samir Rzayev ərazidə məhkəmənin qərarı pozularaq Qadir Mehdiyev tərəfindən iş aparıldığını görüb. O, qardaşları Zaur Rzayev və Əlifağa Rzayev ilə əraziyə gedərək, "Mars-M" şirkətinin sahibi Qadir Mehdiyev ilə mübahisə edib. Samir Rzayev əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış və hazırda təqaüddə olan Qadir Mehdiyev və restoranın mühafizəçilərini döyüb.

Mərhum iş adamının oğlu iki gün həbsdə saxlanıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Samir Rzayevə 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.

Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava: Məşhur sahibkarın oğlu həbs olunub - FOTOAbutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava: Məşhur sahibkarın oğlu həbs olunub - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1417   Tarix: 18 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr