Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçim etməsini çətinləşdirir.
Bəs kərə yağı alarkən onun keyfiyyətini necə müəyyən etmək olar? Məhsulun qablaşdırmasında hansı məlumatlara diqqət yetirilməlidir və təbii kərə yağını digər yağ qarışıqlarından necə fərqləndirmək mümkündür?
Mövzu ilə bağlı qida eksperti Səbuhi Məmmədov Sonxeber.az-a açıqlamasında bildirdi ki, kərə yağı alarkən istehlakçılar ilk növbədə məhsulun tərkibinə, yağlılıq faizinə, istehsal və son istifadə tarixinə diqqət yetirməlidirlər. Onun sözlərinə görə, təbii kərə yağının tərkibində əsasən süd yağı olmalıdır: "Məhsulun tərkibində bitki yağlarının, palma yağının və digər yağ əvəzedicilərinin olması onun klassik kərə yağı olmadığını göstərir. Kərə yağının keyfiyyətini yalnız rənginə və qoxusuna əsasən müəyyənləşdirmək düzgün deyil.
Eyni zamanda, bazarda həddindən artıq ucuz qiymətə təklif olunan məhsullara qarşı diqqətli olmaq lazımdır. İstehlakçılar məhsulun qablaşdırmasındakı məlumatları oxumalı, istehsalçıya və saxlanma şəraitinə fikir verməli, alış-verişi etibarlı satış məntəqələrindən etməlidirlər".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Bu günə olan qızıl və gümüş qiymətləri