Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsini əldə edib. 2020-ci ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2004-cü ildə "Unibank" KB-da başlamış, bankın beynəlxalq əlaqələr və xəzinədarlıq istiqamətlərində çalışıb. 2009-2015-ci illərdə "Bank Respublika" ASC-də filial direktoru və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.
2016-2018-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir, iki övladı var.
Qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 190 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabr