Vasif Talıbova yaxın şirkətdə "qiyam" - İşçiləri "Nəxşicahan Med"dən nə tələb edir?
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasına daxil olduğu deyilən "Nəxşicahan Med" MMC məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçılar Həziyev Vüqar Vidadi oğlu, Əsədov Elnur Ramiz oğlu, Quliyev Ramiz Məmməd oğlu, İsmayılov Sadıq Azər oğlu, Məmmədov Fərahim Fehruz oğlu, Vəliyev Orxan Tahir oğlu və Ağayev Elşən Bəhlul oğludur.
İddialara görə, adıçəkilən şəxslər "Nəxşicahan Med" MMC-nin işçiləri olub. Məhkəmə çəkişməsinin də əmək münasibətləri ilə bağlı mübahisələrdən qaynaqlanması bu iddiaların əsassız olmadığına dair şübhələri artırır. Lakin onların iddia tələblərinin konkret nədən ibarət olması barədə məlumat yoxdur.
İddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. İş hakim Gülsüm Əliyevanın icraatındadır.
"Nəxşicahan Med" MMC 17 aprel 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 8 AZN olan şirkətin qanuni təmsilçisi Yusifov Arif Yusif oğludur.
"Nəqşicahan Holdinq"ə daxil olan "Nəxşicahan Med" Muxtar Respublika əczaçılıq sahəsində monopolist şirkət kimi tanınıb. Ötən ilin oktyabrında "Nəxşicahan Med" MMC ləğv olunduğunu elan edib.
Bu arada qeyd edək ki, hazırda şirkətin vergi borcu 98 718, 81 AZN-dir.
Şirkətin Vasif Talıbovun nəzarətində olması barədə iddialara gəlincə, mediada gedən məlumatlarda bildirilir ki, şirkətin daxil olduğu "Nəqşicahan Holdinq"in rəhbəri Rıfat Mahmudovdur. O, Sədərək gömrüyünün keçmiş sədri Nicat Mahmudovun qardaşıdır.
Mahmudov qardaşları Vasif Talıbovun kadrı kimi tanınır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 834 Tarix: 19 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabr