"20 Yanvar hadisələri bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir" - Emil Əkbərov

"20 Yanvar hadisələri bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir" - Emil Əkbərov"20 Yanvar hadisələri həm faciə kimi, həm də xalqımızın mübarizə və qəhrəmanlıq salnaməsi kimi tarixə həkk olunub".

Bunu Soneber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, 20 Yanvar hadisələri bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir:

" 20 yanvar hadisələrindən artıq 34 il keçir. Artıq 34 ildir ki, Sovet rejiminin xalqımıza qarşı törətdiyi qanlı 20 Yanvar faciəsini qeyd edirik. 1990-cı ildə, yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu xalqımızın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq üçün insanlarımızı vəhşicəsinə qətlə yetirdi. 20 yanvar faciəsi tək Azərbaycanın deyil, dünyanın tarixinə düşən qanlı ləkədir.

Həmin il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Əslində, bu faciə həm də böyük imperiyanın Azərbaycan xalqına qarşı silahlı təcavüzü kimi də qiymətləndirilməlidir. 20 yanvar hadisələri əvvəlcədən planlaşdırılan və xalqımızın azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı mübarizəni sındırmaq məqsədi ilə törədilən qanlı cinayətdir. Ancaq bu vəhşilik belə, xalqımızın azadlıq ruhunu və müstəqillik uğrunda apardığı mübarizəni dayandırmağa yetmədi. Əksinə, 20 yanvar faciəsindən sonra xalqımız daha da sıx birləşərək azadlıq arzusunu reallığa çevirdi".

Emil Əkbərov qeyd edib ki, təəssüf ki, həmim dövrdə xalqımıza qarşı törədilən bu qanlı cinayəti beyəlxalq arenaya çıxarmaq mümkünsüz idi:

"Bunu ancaq o dövrdə ulu öndər Heydər Əliyev edə bilərdi. Elə də oldu. Ulu öndər Heydər Əliyev, həyatını təhlükəyə ataraq, Sovet rejiminin xalqımıza qarşı törətdiyi bu vəhşiliyi dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Ulu öndər Heydər Əliyev, bütün təhlükələrə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu qanlı faciənin təşkilatçılarını ittiham edib və insanlara qarşı törədilmiş bu cinayəti pisləyib. Bununla da Ulu öndər Heydər Əliyev xalqımızın başına gətirilən qanlı cinayətin bütün dünyaya yayılması üçün geniş bir qapı açmış olub.

Ulu öndərin o dövrdəki mərdliyini bu gün onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev davam etdirir. Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bütün təzyiqlərə təkbaşına sinə gərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoydu. Bu il şəhidlərimizin məzarlarını ərazi bütövlüyünü tam bərpa edən qalib ölkənin vətəndaşları kimi ziyarət edəcəyik. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində tək torpaqlarımız işğaldan azad olunmadı, həmçinin müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin də intiqamı alındı.

Azərbaycan xalqı heç zaman öz qəhrəman oğul və qızlarını unutmur. 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxan 20 yanvar şəhidləri də daim qəlbimizdə yaşayacaq və xalqımız daim onların əziz xatirəsini ehtiramla yad edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 679   Tarix: 19 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr