Ayaqları tutulan Məsumə Babayeva: "Əməyimdən istifadə edib, özlərinə bahalı ev aldılar"

Ayaqları tutulan Məsumə Babayeva: "Əməyimdən istifadə edib, özlərinə bahalı ev aldılar""O gün evdə yıxılmışam. Ayaq üstə idim, fırlanmaq istəyəndə yıxıldım. Ayaqlarımda problemlərə görə qalxa bilmədim. Zəng etdim qızıma, o, taksi ilə şəhərdən yaşadığımız yerə gəldi. Taksi sürücüsü ilə köməkləşib məni qaldırdılar. Divana uzadıb, getdilər. Axşama kimi o vəziyyətdə qaldım. Çox əziyyət çəkirəm".

Bu sözləri Bizim.media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur aktrisası Məsumə Babayeva deyib.

75 yaşlı sənətkar səhhətinin ağır olduğunu, ayaqlarının tutulduğunu və bu səbəbdən yeriyə bilmədiyini açıqlayıb:

"Müalicələrimi edirəm, amma heç bir effekti yoxdur. Harada qırıldı, qırıldı... Ayağıma stent qoydular. Sonra isə həkimlər istədilər ürəyimdə cərrahi əməliyyat keçirsinlər, ürəyimə stent qoysunlar. Amma əməliyyata icazə vermədim. Çünki 72 yaşım var. Bu ağır əməliyyatdan sağ çıxmaram.

Şəhərdə ürək həkimim var. O mənə söylədi ki, səni əməliyyatsız müalicə edərəm. Mənim özümə baxan insan lazımdır. Alim qızım mənə evdə hər bir işimdə kömək edir. Çimizdirir, yeməyimi verir, müalicələrimi edir. Özüm isə heç bir iş görə bilmirəm. Çünki ayaqlarımın hər ikisi tutulub. Gəzə bilmirəm, yıxılıb qalıram saatlarla evdə. Gərək iki adam olsun ki, məni yerdən qaldırsın. Mütəmadi uzanıram".

M.Babayeva maddi vəziyyətinin aşağı olduğunu və bu səbəbdən dərmanları aptekdən nisyə aldığını bildirib:

"Müalicələrimi evdə edirəm. Dərmanlarımı aptekdən nisyə alıram. Onları qəbul edirəm. Təqaüd alanda aptekə yavaş-yavaş borclarımı ödəyirəm. Dərmanların qiyməti də od tutub yanır. Qızım məni saxlayır. Qızım ADNSU-da (Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) dərs deyir. O, alimdir. Alimin və müəllimin aldığı maaş isə çox aşağıdır. Birtəhər dolanırıq".

Aktrisa Mədəniyyət Nazirliyinin onun vəziyyətindən xəbərdar olduğunu, lakin heç bir yardım göstərmədiyini vurğulayıb:

"Mədəniyyət Nazirliyi vəziyyətimdən xəbərdardır, amma heç nə etmir. Bir dəfə Qurban bayramında evə qurbanlıq payı göndərdilər. Ondan sonra səs-səmirləri kəsildi. Heç kim mənimlə əlaqə saxlamayıb. Elə bil ki, yoxam bu dünyada. İllərlə çalışdığım, hazırda isə yaşıma görə çıxdığım Gənc Tamaşaçılar Teatrının Həmkarlar İttifaqı yanvar ayında yardım məqsədi ilə mənə bir qutu ərzaq göndərdi (makaron, vermişel, çay, qənd və s.). Ondan sonra heç kim mənimlə nə maraqlanır, nə də hansısa maddi yardım edir.

Mən yaşıma görə müəyyən miqdarda təqaüd alıram. Amma aktrisalıq fəaliyyətimlə bağlı heç bir təqaüd almıram. Mənimlə nə maraqlanan var, nə də bu haqda danışmaq istəyirəm".

Məsumə Babayeva onu seriallara çəkən rejissorlardan da gileylənib. Aktrisa deyib ki, onlar səhhətinin ağırlaşdığını bildikdən sonra onunla bütün əlaqəni kəsiblər:

"Bir çox seriallara çəkilmişəm. Amma o serialların rejissorları bir dəfə də olsun zəng vurub mənimlə maraqlanmırlar. Onlar mənim əməyimdən istifadə edib, özlərinə bahalı avtomobillər və ev aldılar. Şəraitlərini düzəltdilər. Mənim ağzıma isə bir tikə atırdılar ki, danışma, sus. Zəhmətimi əlimdən alırlar, amma əvəzində heç nə vermirlər.

Deyəndə ki, xəstəyəm, bununla da hər şey bitir. Rejissorlara dedim ki, xəstəyəm, məni seriala çağırmayın. Ondan sonra bir adam da tapılmadı ki, maraqlansın, varam, yoxsa yoxam".

Sənətkar gününü televizora baxaraq keçirdiyini söyləyib:

"Oturmuşam evdə, günümü elə televizora baxa-baxa keçirirəm. Bütün gün uzanıram. Evin içində ayağa durub, gəzə bilirəm. Amma uzun məsafə gedə bilmirəm. Stulda da çox oturanda ayağımdakı damarlar işləmir. Gərək uzanım ki, qan damarlarda dövrə etsin. Ona görə mənə çox çətindir".

Qeyd edək ki, ötən il Məsumə Babayevanın sinəsində şiş aşkarlandığı üçün əməliyyat olunmuşdu. Əməliyyat zamanı isə onun süd vəziləri xaric edilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1433   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr