Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: "Son zəng"də... - YENİLƏNİB + FOTO

Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: "Son zəng"də... - YENİLƏNİB + FOTOGəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Bəxtiyar oğlu Rəhimovun qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Mərhumun yaxın qohumları bizim.media-nın yerli bürosuna bildiriblər ki, Raulla ona bıçaq zərbəsi endirən həmyaşıdı Fərid Şabanov arasında əvvəllər də mübahisə olub.

Məlumata görə, F. Şabanov Bağmanlar qəsəbəsində babasının evində yaşayır. F. Şabanovun anası, Raulun isə babası həmin məktəbdə müəllimdir. Ötən il keçirilən "Son zəng" mərasimində onlar arasında bir dəfə də mübahisə olub.

"Raul çox sakit və mehriban uşaq idi. Böyük-kiçiyin yerini bilən idi. Uzaqdan bir az qohumluqları da çatır. Onu niyə bıçaqla vurduğunu biz də hələ bilmirik. Bildiyimiz odur ki, səhər məktəbə gedib və bu hadisə baş verib", - deyə Raulun qohumu əlavə edib.

Gəncə Şəhər Regional Təhsil İdarəsinin məlumatına görə, qətli törədən F. Şabanov məktəbin şagirdi deyil.

13:10

"Raulla hadisədən 10 dəqiqə əvvəl telefonla danışmışdım. Dedi ki, "qardaş yoldayam, məktəbə gedirəm. Narahat qalma". 10 dəqiqədən sonra mənə zəng edib dedilər ki, qardaşın bıçaqlanıb".

Bunu azvision.az-a açıqlamasında bu gün Gəncədə məktəbin qarşısında bıçaqlanaraq öldürülən Raul Rəhimovun qardaşı Ramal Rəhimov deyib.

"Raul məktəbdə dava salan, pis davranan şagird olmayıb. Sadəcə tündxasiyyətli idi. Olduğu ortamda münasibət qurana qədər danışmazdı. Onu bıçaqlayan Fərid də eyni məktəbin 11-ci sinif şagirdidir, paralel siniflərdə oxuyurlar. Onlar arasında problemlər əvvəldən olub, lakin bu dərəcədə deyildi. Raulla Fərid başqa dünyaların insanları idi, bir-birlərinə danışıqları, davranışları, hərəkətləri xoş gəlmirdi.

Aralarında olan münasibət bura qədər gəlməmişdi. Ötən il oturub hətta söhbət edirdilər, gülürdülər, ortam mülayimləşmişdi. Amma bu tədris ilindən münasibətləri yenidən gərginləşmişdi".

Ramalın sözlərinə görə hər iki şagirdlə bağlı məktəb rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilmişdi: "Hər şey onların yaxşılığı üçün edilirdi, onlar nəzarətdə saxlanılırdı. Hətta ailələr də görüşmüşdü, uşaqlar qarşılaşmışdı və onlara ciddi xəbərdarlıq olmuşdu.

Raulun universitetlə bağlı xəyalları olmasa da, işləmək, səyahət etmək arzuları var idi. Onun arzuları yarımçıq qaldı".

Qeyd edək ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

12:36

Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı bəzi detallar məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov "Qafqazinfo"ya bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F,Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb: "Lakin məktəbin məsul şəxsləri onun məktəb binasına daxil olmasına icazə verməyiblər.

O, məktəbdən çıxarılarkən əsəbi halda şagirdlərlə mübahisə edib. Həmin vaxt dərsə gələn şagird Rəhimov Raul Bəxtiyar oğlu ilə də arasında münaqişə yaranıb. Mübahisə zamanı kənar şəxs Raul Rəhimova bıçaq xəsarəti yetirib".

İdarə rəsmisi bildirib ki, F.Şabanov 10-cu sinifdə təhsilini yarımçıq dayandırıb: "O, valideynin ərizəsi əsasında orta məktəbdəki təhsilini dayandırıb və ondan sonra heç bir məktəbdə təhsilinə davam etməyib".

Qeyd edək ki, 2022-ci ilin aprel ayında da Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə şagird qızlardan biri sinif yoldaşını bıçaqlayıb.

11:21

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, məlumatla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

11:10

Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə davamiyyəti yaxşı olub.

"Report"un Qərb bürosunun məlumatına görə, o, səhər saatlarında dərsə gedən zaman məktəbin qarşısında bir bıçaq zərbəsi ilə ağır xəsarət alıb.

Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8 nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti sözügedən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, Gəncədə məktəbin önündə şagirdin bıçaqlanması faktı ilə əlaqədar cinayət işi açılıb:

"Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək".

10:00

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov təhsil müəssisəsinin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-a bildirilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: "Son zəng"də... - YENİLƏNİB + FOTOGəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: "Son zəng"də... - YENİLƏNİB + FOTOGəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: "Son zəng"də... - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5467   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr