"Gənclər şəhərciyi"ində olay: arvadının ardınca getdiyini gördü...

"Gənclər şəhərciyi"ində olay: arvadının ardınca getdiyini gördü...Abşeron rayonunda 1992-ci il təvəllüdlü Faiq ailə qısqanclığı zəminində tanışı Aydına (adlar şərti verilib – red.) xəsarət yetirib.

Sonxeber.az "teleqraf.com"-a istinadən xəbər verir ki, Faiq arvadı Zəminəyə tanışı Aydının söz atması ilə bağlı, habelə Aydının digər hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib.

Faiq Aydınla məsələni aydınlaşdırmaq və onu öldürməklə qisas almaq məqsədilə 6 avqust 2022-ci ildə saat 23 radələrində yaşadığı evdən cib bıçağını və istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir parçasını götürərək cibində gizlədib.

Faiq Aydının bərbər işlədiyinə görə saçını kəsdirmək istədiyini bəhanə edib və onunla Abşeron rayonu Mehdiabad qəsəbəsindəki "Gənclər şəhərciyi" yaşayış kompleksi 2 saylı binanın qarşısında görüşüb, aralarında olmuş narazılığı başqa şəxslərə yayanın ünvanına nalayiq söyüşlər söyüb.

Faiq mübahisə zamanı Aydını öldürmək niyyətini qətiləşdirib. Əvvəlcə üzərində olan dəmir alətlə, daha sonra bıçaqla Aydının bədəninin müxtəlif nahiyələrinə 5 zərbə vurub.

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aydınla əvvəldən aralarında mübahisə olub: "Hadisədən 1-2 gün əvvəl yolla gedəndə Aydından xoşa gəlməyən bir neçə ifadə eşitdim. Ona həmin an reaksiya vermək istəsəm də, yanımda olan şəxslər buna imkan vermədi. Mən də heç bir şey etmədim.

Daha sonra Aydına zəng edib, görüşməyi təklif etdim. Ona məni narahat edən məsələni dedim. Görüşdük, aramızda söyüş oldu, dalaşdıq. Birinci Aydın baş nahiyəmə zərbə endirdi. O, bıçaq çıxaranda mən də bıçaq çıxardım. Ona xəsarət yetirdim.

Aydını bıçaqlamaq niyyəti olmayıb deyə ilk olaraq baş nahiyəsinə bıçağın arxa hissəsi ilə xəsarət yetirdim. Daha sonra cibindən bıçaq çıxardığı üçün onunla dalaşdım, bıçaqla xəsarət yetirdim. Mənim üzərimdəki bıçaq əldəqayırma bıçaq olub".

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Aydını uzun müddətdir tanıyır: "Arvadım Zəminə işdən çıxanda Aydının yaxınlaşdığını, ona söz deməyə çalışdığını gördüm. Həmin an ondan nə baş verdiyini soruşsam da, mənə heç nəyin düşündüyüm kimi olmadığını dedi. Mən arvadımdan Aydının ona nə dediyini soruşdum. Arvadım da mənə elə bir şey olmadığını bildirdi.

Tanımadığım bir şəxsdən eşitdim ki, Aydın haqqımda alçaldıcı ifadələr işlədib. Mən də Aydını məsələni aydınlaşdırmaq üçün çağırdım. Gecə vaxtı idi. Aramızda mübahisə yarandı, münaqişə etdik. Mən də ona xəsarət yetirdim".
İş üzrə zərərçəkmiş Aydının sözlərinə görə, bərbərlik fəaliyyəti ilə məşğul olduğu üçün Faiq və onun atası Sahib saçlarını kəsdirmək üçün həmişə onun yanına gəlib: "Aramızda heç bir şəxsi qərəz və düşmənçilik olmayıb.

Təxminən 2 il öncə Faiqin arvadı bağçada işdən çıxaraq evə gedirdi. İkimizin də yaşadığımız evə gedən yol vahid pilləkəndən keçdiyi üçün məcburən eyni yolla getməli olurduq. Mən həmin yolla evimə gedən zaman Faiqin arvadı da işdən çıxaraq evinə gedirdi, Faiq isə kənardan bizim xəbərimiz olmadan arvadına və mənə baxırmış.

Faiqin arvadının yanından ötüb öz evimə getdim, ona yaxınlaşmadım və heç bir söz demədim. Faiq isə kənardan bu mənzərəni görüb, özlüyündə qısqanclıq hissi yarandığı üçün guya onun arvadına yaxınlaşmaq, tanış olmaq istəməyimi güman edib.

İşdə olanda Faiq iş yerimə gəldi, məni kənara çəkərək niyə həyat yoldaşına yaxınlaşmaq istədiyimi soruşdu. Mən isə həyat yoldaşına yaxınlaşmadığımı, sataşmadığımı, bir söz belə demədiyimi, onun həyat yoldaşına öz bacım kimi yanaşdığımı, namaz qılıb ibadət etdiyim üçün bu cür hərəkətlərin mənə xas olmadığını bildirdim. Faiq bu söhbətlərdən sonra getdi. Aramızda olanlar barədə heç kimin bilməməsini istədi. Mən də heç kimə heç nə demədim".

Zərərçəkmiş qeyd edib ki, 6 avqust 2022-ci ildə təxminən saat 23.50-də Faiq ona zəng vuraraq sabah toya gedəcəyini və saçını kəsdirmək istədiyini bildirib: "Həm məhərrəmlik ayı, həm də artıq gecə saat 23.50 radələri olduğu üçün Faiqin məni ələ saldığını düşündüm. Ona bu vaxt işləmədiyimi, gec olduğunu desəm də, mənə məhəl qoymadı, təkidlə onun saçını kəsməli olduğumu bildirdi. Telefonda səsinin tonunu qaldıraraq danışdı.

Mən də Faiqlə danışmaq üçün aşağı düşdüm. Ona yaxınlaşanda heç bir söz demədən əlindəki dəmir parçası ilə baş nahiyəmə vurdu. Özümü müdafiə etməyə çalışsam da, buna nail ola bilmədim.

Faiq cibindən bıçaq çıxararaq məni vurmağa başladı. Qolumdan artıq qan axdığını gördüyüm üçün qaçmaq istədim. Lakin Faiq imkan vermədi, ardıcıl bıçaq zərbələri ilə məni vurmağa davam etdi. Qaçmaq istəyəndə imkan vermədi, qışqıraraq məni öldürəcəyini dedi. Bıçaqla sol kürək nahiyəmdən vurdu. Ətrafdakı insanların hadisə yerinə gəlməsindən, yaranmış səs-küydən və Faiqin başının qarışmasından istifadə edərək hadisə yerindən uzaqlaşdım.

Orada olan tanımadığım şəxslər məni avtomobilə qoyaraq xəstəxanaya apardılar. Üst-başım qan içində idi".

Zərərçəkmiş bildirib ki, xəstəxanada əməliyyat olunub, əməliyyatdan sonra təxminən 10 gün xəstəxanada qalıb: "Xəstəxanadan çıxdıqdan bu günə kimi ağ ciyərimdə ağrılar var. Nəfəs almağım çətinləşib. Buna səbəb Faiqin məni vurduğu bıçaq zərbələrindən birinin daxilə keçərək ağ ciyərimi zədələməsidir".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Faiq 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 944   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr