Qızılca peyvəndi VİDEOSU qalmaqal yaratdı: Nə baş verir? - AÇIQLAMA
Sosial şəbəkələrdə azyaşlı uşağa vaksin vurulması ilə bağlı görüntülər qalmaqala səbəb olub.
Ölkə.Az xəbər verir ki, valideyn qız övladına vaksin vurulduğu anları videoya çəkərək sosial şəbəkələrdə paylaşmaq istəyib. Lakin o, videoya diqqətlə baxdıqdan sonra həkimin iynəni uşağa vurmadığı və kənara boşaltdığı qənaətinə gəlib. Ata iddia edir ki, həkim onları Belçika istehsalı peyvənd vuracağını deyərək aldadıb:
"Üzünü bağladığım uşaq qızımdır. Yalandan iynə vurur illuziyasını yaradan isə Pediator DR. Nərmin Məmmədovadır.
Ölkəmizdə qızılca xəstəliyinin bu dərəcə pis yayıldığı dövrdə bu pediatr fürsətçillik edir. İki övladım var və hər biri üçün vaksinə 155, həkim müayinəsi üçün də 50 manat olmaqla ümumilikdə 410 manat pul ödəmişəm. Tam təsadüfən yoldaşım qızıma iynə vurulma anını həkimdən icazə alaraq videoya çəkib və mənə göndərib ki "atası, bax, qızın iynədən qorxmur". Görüntünü daha dəqiq incələdikdə bəlli olur ki, həkim Nərmin Məmmədova iynənin içərisinə hansısa mayəni doldurur uşağın qoluna yaxınlaşdırır, amma vurmur və sonra isə kənara boşaldır.
Bu adam məlumat yayıb ki, onda Belçika istehsalı olan "GSK Priorix" vaksini var. Amma belə görünür ki, yox imiş və Nərmin həkim valideynlərdən pul yığıb, sadəcə, illuziya yaradıb".
Görüntülərin "Medera" klinikasında çəkildiyini iddia edən şəxs N.Məmmədovanın həkimlik lisenziyasının ləğv edilməsini tələb edir.
Məlumatda həmçinin o da qeyd edilib ki, klinika valideynə adı çəkilən həkimin işdən uzaqlaşdırıldığını deyib.
Məsələ ilə bağlı Baş prokur Kamran Əliyevin adına və TƏBİB-ə yazılı sürətdə bu işə baxılması üçün müraciət olunduğu bildirilir.
Ölkə.Az məsələ ilə bağlı "MedEra" klinikasının mövqeyini öyrənməyə çalışıb. Klinikada icraçı direktor vəzifəsində çalışan Lalə adlı xanım videodan xəbərsiz olduqlarını, həmin klinikada Nərmin adlı pediatrın çalışmadığını deyib:
"Əgər belə bir hadisə baş versəydi, həkim çəkilişə icazə verərdimi? Belə bir şey baş verməyib, yalan məlumatdır", - deyə o söyləyib.
Bundan əlavə, sözügedən özəl klinikanın rəsmi veb ünvanında da Nərmin adlı pediatr haqda məlumatlar müvafiq bölmədə yer almayıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1190 Tarix: 23 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr