Məktəblilər arasında "kriminal aləm"ə meyillilik artıb! - SƏBƏB - ARAŞDIRMA

Məktəblilər arasında "kriminal aləm"ə meyillilik artıb! - SƏBƏB - ARAŞDIRMASon zamanlarda gənclər, xüsusilə məktəblilər arasında "kriminal aləm"ə və onlara oxşamaq meyilliyi artır. Buna uyğun olaraq, məktəblilər silah, kəsici-deşici alətlər gəzdirir və digər şagirdlərin ölümünə səbəb ola bilirlər XI sinif şagirdi Gəncədə bıçaqlanaraq öldürülməsini nümunə göstərmək olar. Məktəblilər arasında "kriminal aləm"ə marağın artmasının səbəbi nə ilə bağlıdır. Burada istiqamətdə məktəbin rolu varmı?

Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucov və hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlama verib. Təhsil eksperti İlqar Orucov bildirib ki, son zamanlarda cəmiyyətin özündə kriminal aləmə meyillilik, maraq xeyli artıb. Bunun nəticəsidir ki, artıq məktəb yaşındakı uşaqlar belə özlərini kriminal aləmin nümayəndələri kimi görmək istəyirlər:

Məktəblilər arasında "kriminal aləm"ə meyillilik artıb! - SƏBƏB - ARAŞDIRMA"Bu kimi hallar təkcə orta məktəblərdə deyil. Eyni zamanda ali təhsil müəssisələrində, tələbələr arasında müşahidə olunur. Keçən il məzun günü neft və sənaye universitetində "kriminal avtoritet"ə həsr olunmuş mahnının sədaları altında keçirildi. Yəni bunlar əlbəttə təsadüfi deyil. "Kriminal" avtoritet hara təhsil hara. Bu iki anlayışın yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Amma bu nədən qaynaqlanır? Çünki cəmiyyətin özündə bu problem mövcuddur. Həqiqətən bu narahatlıq yaradır. Küçəyə çıxın və gənclərimiz arasında sorğu keçirin. 5 dənə də olsa milli qəhrəmanlarımızın, alimlərimizin adlarını belə tanımazlar. Amma kriminal avtoritetləri tanıyırlar. Onlara oxşamağa belə çalışırlar. Bu cəmiyyətdən qaynaqlanır. Bu kimi hallarda məktəbin rolu yoxdur. Hamı hər yerdən məktəbi günahlandırır. Məndə sual vermək istəyirəm. Məktəbin kriminal avtoritet və kriminal aləm tədris olunur? Yaxud təbliğatını görmüsünüz? Tədris vəsaitlərimizdə belə mövzular yoxdur. Necə olur bəs? Müəllimlər təbliğ edir? Onlarda bu kimi şəxsləri təbliğ etmir. Deməli mənbəyi cəmiyyətdədir. Problem oradadır".

Ekspertin sözlərinə görə, kriminal avtoritet ilə bağlı hər hansı bir xəbər paylaşılır və bu məsələdə mətbuatın da günahı var:

"Günün reallığı budur. Biz bütün hallarda düşünürəm ki, uşaqlarımıza, gənclərimizə tərbiyə veririksə, kompleks olmalıdır. Bu tərbiyə ailələrdə doğru qurulmalıdır. Cəmiyyətin özündə düzgün qurulmalıdır. Bir anlıq təsəvvür edin. Kriminal avtoritetin, nümayəndəsinin dəfninə az qala neçə minlərlə adam gedir. Əlbəttə biz insanların qarşısını ala bilmərik. Amma vətən uğrunda şəhid olmuş bir övladımızın dəfninə on dəfə az adam gedir. Göründüyü bu artıq cəmiyyətin problemidir. Mətbuat yazılı yaxud televiziyalarda bu kimi hallara qarşı cəmiyyəti məlumatlandırmalıdır. Maarifləndirmə və ideoloji işlər keçirilməlidir. Bunu mütləq şəkildə etmək lazımdır. Düşünürəm ki, məktəblər bu hallara daha çox diqqət yetirir. Biz övladlarımızı kriminal aləmi təbliğ etməli deyil, onlara daha yaxşı gələcək verəcək idealları verməliyik. Ailələrdə tərbiyə düzgün qurulmalıdır və cəmiyyətdə sağlamlaşma getməlidir. Məktəblərdə şagirdlər arasında silah gəzdirmə, kriminal aləmə maraq var. Amma bütün hallarda aydındır ki, bu vəziyyət məktəb ilə əlaqəli deyil. Uşaqlara nə tərbiyə veririksə onların qarşılığını alacağıq".

Hüquqşünas Ələsgər Məmmədli düşünür ki, şagirdlər arasında kriminal aləmə meyilliliyin artması, irəlidə cinayət predmeti kimi təqdim oluna biləcək əşyaların daşınması ilə bağlı problem sadəcə məktəbin və rəhbərliyinin məsuliyyəti kimi kompleks yanaşma olmamasıdır:

Məktəblilər arasında "kriminal aləm"ə meyillilik artıb! - SƏBƏB - ARAŞDIRMA"Məsələyə kompleks yanaşma budur ki, birinci növbədə məktəbin infrastrukturu nə qədər düzgün qurulub. Məktəblərdə həqiqətən ray qurğu varmı və yaxud şagirdlər oradan keçirmi. Əgər bu yoxdursa, infrastruktur problemidir. İkincisi məktəbdə şagirdlərin şəxsi müayinə olunması, üzərlərinin axtarılması ilə bağlı hüquqi bir öhdəlik yoxdur. Bu da müəyyən maneələr yaradır. Məktəb bununla bağlı, əgər xüsusi təhlükəsizlik tədbiri nazirlik tutmayıbsa məktəb spesifik olaraq əlavə fərdləri fərdi müayinəyə tabe tuta bilməz. Yəni onların üstünü axtara bilməz. Belə bir öhdəliyi, hüquqi məsuliyyəti yoxdur. Digər bir məsələ odur ki, şagirdin hərəkəti hansısa məktəblə məhdud deyil. Şagird evdən gəlirsə, təbii olaraq burada valideyn məsuliyyəti var".

Ələsgər Məmmədli bildirib ki, bu aspektdən yanaşdıqda yalnız məktəbin rolu nə zaman ortaya çıxa bilər sualı yaranır:

"Hadisə ortaya çıxması zamanı, bu və ya digər formada şəxsi üzərində kəsici-dəlici alət olduğu, özü tərəfindən göstərilir. Yaxud üçüncü şəxslərə yönəlik hansısa formada göstərərək və qorxudaraq edir. Məlum olursa bu hallar məktəb rəhbərliyində tədbir görmək öhdəliyi yaranır. Tutaq ki, məktəbdə şagirdin üzərində bıçaq var. Digər şagirdləri isə təhqir edir və qorxudur. Məlum olduğu və məktəb rəhbərliyinə şikayət daxil olan andan etibarən heyət tədbir görməlidir. Həmin şəxsin mümkünsə valideyni dəvət edilməli, əgər məsələnin kriminal tərəfi varsa azyaşlılar ilə bağlı polis şöbəsinin əməkdaşları, mütəxəssisləri dəvət edilməlidir. Psixoloq çağırılmalı və məsələ bu formada ilkin halda cinayət olmayıbsa həll edilməlidir. Cinayət hadisəsi varsa hüquq-mühafizə orqanlarının da prosesə müdaxiləsi olacaq. Onlarında araşdırması başlayacaq. Yəni məktəb rəhbərliyini tək başına bu tip hadisələrdə məsuliyyəti üzərinə atmaq və cavabdehliyi ona yıxmaq məsələyə tək tərəfli yanaşmaq olar. Məsələ üçtərəflidir. Məktəbdən əlavə, idarəetmə, nazirliyin və o cümlədən hüquqi cəhətdən infrastrukturun mövcudluğu lazımdır. İkinci valideyn-məktəb məsuliyyəti, sonuncu isə məktəb rəhbərliyinin boş zamanlarda, dərsdən kənar vaxtlarda maksimum nəzarəti təmin etməsidir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1884   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr