BDU-nun milyon yarımlıq invertar aldığı sirli şirkət
Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tenderlərlə bağlı araşdırmalarımız davam edir.
Reportyor.info ötən yazıda BDU-nun "A.E.S Trading" MMC ilə bağladığı satınalma müqaviləsindən bəhs etmişdik.
Maliyyə dəyəri 2 498 018,7 AZN təşkil edən bu müqavilə BDU-nun ərazisində tikiləcək yeni qazanxana üçün avadanlıqların satın alınması ilə bağlıdır.
Yazıda qeyd etmişdik ki, tikiləcək yeni qazanxananın təkcə avadanlıqlarına 3 milyon manata yaxın vəsait xərclənməsi bu satınalma müsabiqəsinin şəffaflığı barədə müəyyən şübhələrə yol açır.
Bu dəfəki araşdırmamız isə BDU-nun inventar, avadanlıq və müxtəlif malların satın alınması ilə bağlı keçirdiyi tenderdir.
Tenderin qalibi "Everest-2022" MMC seçilib. Şirkətin təklifi 1 402 369,66 AZN-dir.
BDU bu məbləğə təkərli kreslo, yazı lövhəsi, yağ radiatoru, kağız doğrayıcı, müxtəlif ölçülü borular, künclük və bu kimi mal-materiallar almağı planlaşdırır.
Bəs bu iri məbləğli tenderin qalibi seçilən "Everest-2022" MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkət 11 aprel 2022-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yelrəşir.
MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.
Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumata rast gəlinmir. Fuad Babayev barəsində də bilgi yoxdur.
"Dövlət satınalmaları haqqında" Qanuna görə təchizatçılara dair xüsusi tələblər mövcuddur.
Bu tələblər aşağıdakılardır:
-satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;
-satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması;
-texniki imkanlarının və maddi-texniki bazasının olması;
-müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.
Bu tələblər Qanunun 23.4.1, 23.4.2, 23.4.3 və 23.4.4-cü maddələrində əks olunub.
"Everest-2022" MMC BDU-nun tenderinin qalibi seçilməsi ötən ilin avqust ayına təsadüf edir. Həmin vaxt şirkətin yaranmasından bir ildən artıq vaxt ötüb. Yəni, şirkətin fəaliyyəti uzun müddəti əhatə etməyib. Bir ilin, haqqında heç bir məlumat olmayan, hətta adicə veb-səhifəsi olmayan bir şirkətin "Dövlət satınalmaları haqqında" Qanunun təchizatçıya dair tələblərinə cavab verdiyi inandırıcı görünmür.
Biz hələ onu demirik ki, "Everest-2022" MMC həmin vaxt təkcə BDU-nun tenderinin qalibi seçiməyib. Yeni yaranmış, maddi-texniki bazasının hansı səviyyədə oolduğu barədə hər hansı məlumata rast gəlinməyən bir şirkəti eyni anda bir neçə işi icra layiqincə icra etməsi inandırıcı görünmür.
"Everest-2022" MMC vergi borcu olduğu halda tenderlərdə qalib seçilib. Bu barədə mediada kifayət qədər yazılıb.
Beləliklə, BDU-nun bu tenderi də müəyyən şübhələrə açır. Ən azı universitetin hansı zərurətdən tanınmayan, peşəkarlığına dair heç bir bilgi olmayan şirkətə milyon yarımlıq sifariş verməsi sualı açıq qalır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1520 Tarix: 23 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr