Yağıntılar nə vaxta kimi davam edəcək?
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında qar yağıb, axşama doğru tədricən kəsiləcək:
"Havanın temperaturu 1 dərəcə isti qeydə alınır. Axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görüş məsafəsi məhdudlaşacaq. Gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərdə, yolların buz bağlayacağı ehtimal olunur".
G.Məmmədov qeyd edib ki, bölgələrdə də yağıntılar davam edir:
"Bəzi yerdə qar yağır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur".
O qeyd edib ki, yanvarın 25-də paytaxtda, eləcə də, bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1583 Tarix: 24 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
Meyxanaçı Samirənin müğənni qızı Fərəh Samirəqızı saxlanılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Bildirilib ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. O, yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq. Bildirilib ki, müğənninin sosia
20 fevralƏhaliyə XƏBƏRDARLIQ - Bu ərazilərdə 2 gün SU OLMAYACAQ
22 fevral saat 22:00-dan, 24 fevral gecə saatlarınadək Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib. Məlumata görə, fasiləyə səbəb magistral su kəmərinin qəzalı hissəsini
20 fevral"Üzərlikdən istifadə məhdudlaşdırıla bilər" - Nazirlik
Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. xəbər veri
19 fevral"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq
"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə
19 fevralBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib. Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qa
20 fevralBakcell və Peerstack Academy "The Tech Builders" layihəsinə start verib
İnnovasiya lideri Bakcell və Peerstack Academy gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən "The Tech Builders" layihəsinə start verib. Layihə çərçivəsində Peerstack Academy-də tələbələrlə görüş keçirilib. Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporati
19 fevral