"30 il ərzində 1 milyon qaçqınla maraqlanmayan bir qurumun qəbul etdiyi qərarlar Azərbaycan üçün əhəmiyyətli deyil" - POLİTOLOQ
Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti ölkəyə qarşı ikili standartlara etiraz olaraq AŞPA ilə əməkdaşlığı dayandırır. Bəyanatda bildirilib ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Məsələ ilə bağlı politoloq Turab Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, bütün bunlar gözlənilən idi. Çünki artıq uzun müddətdir ki, AŞPA ilə Azərbaycan Respublikası arasında münasibətlər həddindən artıq gərginləşmişdir.
"AŞPA-nın 30 il ərzində Azərbaycana göstərdiyi münasibət heç də, ürək açan deyildi. Bunun daha əvvəllər hansı şəkildə əməkdaşlıq forması adlandırmaq olardı. Bəzi münasibətlər soyuq, bəzən isti. Ancaq bir müddət sonra, xüsusilə 44 günlük müharibədən sonra münasibətlər həddindən artıq gərginləşmişdir. 44 günlük müharibə ərəfəsində, sonra isə hər dəfə AŞPA Azərbaycan əleyhinə qərar qəbul edirdi. Gah Qarabağdakı erməni abidələri, gah da erməni sakinləri, Azərbaycanın guya Ermənistana ərazi iddiası ilə bağlı bütün qərarlar yekdilliklə Ermənistanın lehinə səs verməklə bəyanatlar qəbul olunurdu. Əlbəttə ki, bu Azərbaycan tərəfi üçün dözülməz haldır.
Politoloqun sözlərinə görə sözügedən qurum 30 il ərzində 1 milyon qaçqının taleyi ilə maraqlanmayıblar.
"Heç bir qətnamə və qərar qəbul edilməyib. Azərbaycanın dağılan abidələri ilə bağlı bir dəfə diqqət çəkən missiya ortaya qoyulmayıb. Ancaq indi 44 günlük müharibə ərəfəsində bu qədər ermənipərəst mövqenin sərgilənməsi, ermənilərin məcburi köçürülməsi məsələsi, erməni abidələrinin dağıdılması ilə bağlı səsləndirilən fikirlər Azərbaycan nümayəndə heyətində və Azərbaycan Respublikasında sərtləşmə yaradacağı bəlli idi. Ancaq burada ikitərəfli nüans var ki, AŞPA burada əhəmiyyətli bir qurum deyil. Bu qurumun hansısa qərar verməsi və yerinə yetirməsi kimi məsələlər çox da əhəmiyyətli deyil. Çünki AŞPA daha çox məşvərətçi bir qurumdur. Daha çox məsləhət verməklə məşğuldur.
Turab Rzayev deyib ki, Avropa İttifaqının siyasi fəaliyyətini, siyasi kursunu Avropa İttifaqı Nazirlər Kabineti və Avropa İttifaqı Şurası həyata keçirir.
"AŞPA-nın isə belə bir rolu yoxdur. Onlar sadəcə məsləhət verə bilərlər. Bu baxımdan onların qərarları Azərbaycan üçün çox da ciddi sayılmaya bilər. Düzdür, burada tədbirlərdə iştirak etməmək kimi məsələlər çox ciddidir. Azərbaycanın siyasi kursunda bir dəyişiklik sayıla biləcək məsələlər ola bilər. Ancaq özlüyündə bu qurum keçmiş siyasətçilərin, keçmiş dövlət başçılarının, deputatlarının yığışdığı siyasi qurum idi. Eyni zamanda paralel olaraq Avropa İttifaqından belə Azərbaycan əleyhinə açıqlamaların gəldiyini gördük. Cozef Borel Azərbaycan əleyhinə çıxış edərək bildirmişdi ki, guya Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları var və hücuma hazırlaşır. Nəzərə almaq lazımdır ki bu çox ciddi bir siqnaldır. Bu AŞPA və Avropa İttifaqının Azərbaycana qarşı siyasi təzyiq başlatdığının göstəricisidir. Onlar hansısa bir siyasi nailiyyətə təzyiq vasitəsilə çatmaq istədiklərini göstərir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?