Mayisə Ağamirzəyeva: Ermənistanın Haaqadakı səfirliyi önündəki aksiyamız mina terroruna qarşı yönəlib

Mayisə Ağamirzəyeva: Ermənistanın Haaqadakı səfirliyi önündəki aksiyamız mina terroruna qarşı yönəlibBu gün Niderlandda soydaşlarımız "Ana Vətən" Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Haaqadakı səfirliyi qarşısında bu ölkənin mina terroruna diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirəcək.

Birliyin sədri Mayisə Ağamirzəyeva "Report"un yerli bürosuna müsahibəsində aksiyanın məqsədləri barədə danışıb:

– "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşkil etdiyi bu nümayişin məqsədləri barədə ətraflı məlumat verə bilərsinizmi?

– Etiraz aksiyamız bu bazar günü, yanvarın 28-də Haaqada Ermənistan səfirliyinin qarşısında baş tutacaq. Əsas məqsəd odur ki, bizim hələ də minalanmış ərazilərimiz var və Ermənistan hələ də Azərbaycana mina sahələrinin dəqiq xəritələrini vermir. Ona görə də aksiyamız mina terroruna qarşı yönəlib, çünki nəticədə vətəndaşlarımız həlak olur, ermənilər bütün bunlara son qoymalı və bizə minalanmış ərazilərin xəritəsini verməlidirlər. Bu, aksiya zamanı şüarımız olacaq.

– Bu tədbirlə erməni xalqına və beynəlxalq ictimaiyyətə hansı mesajı çatdırmağa ümid edirsiniz?

– Biz sülh istəyirik və bu sözləri beynəlxalq ictimaiyyətə, erməni əhalisinə çatdırmağa çalışırıq. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, biz Qarabağda ermənilərlə birgə yaşamağa hazırıq, güzəştə getməyə hazır olan ölkəyik. Ermənilər də öz növbəsində Azərbaycanın bütün qanunlarına əməl etməli olacaqlar. Biz sülh istəyirik və insanların ölməsini istəmirik.

– Aksiyanın nəticələrindən gözləntiləriniz nədir?

– Beynəlxalq ictimaiyyətin və qurumların səsimizi eşitməsini gözləyirik. Biz Niderlandın ədalətinə inanırıq və bütün bu vəziyyətdən bezmiş ermənilərin səsimizi eşidəcəyinə inanırıq. Dünya azərbaycanlıları bu vəziyyətdə çox fəaldırlar. Ali Baş Komandanın "dəmir yumruğu" öz gücünü bütün dünyaya göstərdi. Niderlandda azərbaycanlıların fəaliyyəti çox aktivdir və erməni diasporu bunu çox gözəl bilir.

– Azərbaycanlı Qadınlar Birliyi və bütövlükdə Niderland diasporu üçün hansı rolu görürsünüz?

– Bu, bizim üçün çox vacibdir, çünki "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi təşkilatı 2007-ci ildən fəaliyyət göstərir və biz bu təşkilatda çoxlu işlər görmüşük. Niderland dövləti və parlamenti artıq bizim haqqımızda bilgilidir və fəaliyyətimizə çox müsbət və hörmətlə yanaşır. Onları təəccübləndirən odur ki, bizdə ancaq kişilər fəal ola bilər, amma bu belə deyil. Onu da qeyd edim ki, qadınlarımız ölkəyə çox yaxşı inteqrasiya ediblər. Onlar burada ikinci təhsil almağa nail olublar. Onların əksəriyyəti yaxşı vəzifələrdədir, məsələn: hakim, tərcüməçi, hüquqşünas və s.

Artıq siyasi müstəvidə özünü göstərən xanımlarımız var, bələdiyyə üzvü olan bir nəfəri də qeyd edə bilərəm. Ona görə də azərbaycanlı qadınların Niderland ictimaiyyətində rolu böyükdür. Biz bunu dəfələrlə Niderland mətbuatında işıqlandırmışıq, orada azərbaycanlı qadınların müsahibələri dərc olunub. Niderlandda nəşr olunan bir jurnalla üçillik müqaviləmiz var idi. Təxminən 5 min nüsxə tirajla çıxan bu jurnalda ildə dörd dəfə azərbaycanlı qadınların müsahibələri dərc olunurdu. Beləliklə, niderlandlı oxucular Azərbaycanın çox böyük hissəsinin qadın əhalisinin bura inteqrasiyası barədə məlumatlandırılıblar.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 732   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr