Erməni KİV: Ermənistan Azərbaycanla şərti sərhəddə terrorçularını yerləşdirir
"Hazırda Ermənistanda vəziyyət 90-cı illərdə olduğundan qat-qat mürəkkəbdir".
Ermənistan KİV xəbər verir ki, bu barədə "Yerkrapa" terror təşkilatının sədri Sasun Mikayelyan bildirib.
Onun sözlərinə görə, bu gün "Yerkrapa"nın üzvləri Ermənistan-Azərbaycan şərti sərhədinin bütün uzunluğu boyunca daim müdafiə xəttindədirlər.
"2020-ci ildə "Yerkrapa"nın 1200 könüllüsü döyüş vəzifəsini yerinə yetirib, 2022-ci ildə artıq 1700 nəfər idik, keçən il səkkiz mindən çox "Yerkrapa" könüllüsü eyni vaxtda döyüş növbətçiliyində iştirak edib. "Yerkrapa" bəzi mövqelərdə iki növbə ilə xidmət edir, bunu da nəzərə alsaq, artıq 10 mindən çox üzvümüz var. Bu, ciddi rəqəmdir, hərbçilər məni başa düşərlər", - deyə Mikayelyan bildirib.
Mikayelyan əmin edib ki, "Yekrapa" əvvəlki kimi öz missiyasını yerinə yetirir və sərhədlərin qorunmasında fəal iştirak edir.
"Hazırda ölkədə parçalanma var, xalq 4-5 yerə bölünüb, hamı bir-birini satqın hesab edir, belə bir şəraitdə sərhədi necə qoruya bilərik? Mən heç kimi qorxutmaq istəmirəm, amma indi tükdən asılıyıq", - deyə o bildirib.
Birliyə çağıran Mikayelyan qeyd edib ki, könüllülərin sayı artmalıdır, peşəkar ordu yaratmağa vaxt və imkan vermək üçün sərhədi saxlamaq lazımdır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?