TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır".
Bunu Sonxeber.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.
O, bildirib ki, Azərbaycanın kifayət qədər infrastruktur imkanları var:
"Vaxtilə Qars dəmir yolu xəttinin çəkilməsi, hazırda isə Zəngəzur üzərindən TRİP layihəsinin həyata keçirilməsi ölkəmizin üstünlüklərindəndir. Bundan əlavə, Azərbaycanın təşkilatda nəqliyyat-kommunikasiya ilə yanaşı, enerji sahəsində də böyük potensialı var. Artıq bir sıra neft-qaz layihələri həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərindən tutmuş Cənub Qaz Dəhlizinə qədər bütün bu layihələr Azərbaycanın potensial imkanlarıdır. Bu layihələr həm öz enerji resurslarımızın ixracına, həm də gələcəkdə digər ölkələrin enerji resurslarının daha geniş şəkildə beynəlxalq bazarlara çıxarılmasına imkan verir".
Politoloq bildirib ki, digər tərəfdən, Çin tərəfindən həyata keçirilən "Bir kəmər, bir yol" layihəsində əsas iştirakçılardan biri olduğumuz üçün Orta Dəhliz də mühüm amildir:
"Gələcəkdə nəqliyyat, kommunikasiya, logistika və yükdaşıma imkanlarının daha da genişlənəcəyini düşünürəm. Bu gün yeni dünya nizamı formalaşırsa və burada təşkilatlanma ön plana çıxırsa, Türk Dövlətləri Təşkilatı lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha mütəşəkkil və faydalı nəticələrə gətirib çıxara bilər. Azərbaycanın da burada rolu həm təşkilatın inkişafına müəyyən töhfələr verə, həm də regionda və region ölkələri ilə əməkdaşlıqda yeni perspektivlər yarada bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA