Azərbaycanda OLAY: "İnstagram"da şantaj edilən qız intihara cəhd etdi
Bərdədə vətəndaşı özünü öldürmə həddinə çatdırma faktı ilə bağlı cinayət işi başlanıb.
Sonxeber.az xəbər evrir ki, bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.
Ötən ilin 12 noyabr tarixində Bərdə rayon sakini 2000-ci il təvəllüdlü Aytən Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla İsmayıllı rayonu sakini 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin "İnstagram" sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq Aytən Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 910 Tarix: 01 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Körpəsini xəstəxananın həyətində dünyaya gətirdi
Bərdədə hamilə qadın xəstəxananın həyətində körpə dünyaya gətirib. xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb. Bildirilib ki, avqustun 10-u səhər saat 10:40 radələrində 35 həftəlik hamilə qadın Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb
14 sentyabrAzərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq
14 sentyabr"Müəllimlik ixtisasına qəbul sayı azaldılıb"
"Bu il müəllimlik ixtisasına qəbul sayı 3690 yer azaldılıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, bu tədris ilində ali məktəblərə 76 mindən çox nəfər qəbul olub: "Strategiyanı
14 sentyabrProqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
Xəzər TV yeni mövsümə start verib. Axşam.az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan "Xəbər ertəsi", "Qonaqcanlı", "Evdəkilərə salam", "Xəzər axşamı" və "Təsir dairəsi" proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb
14 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabr"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"
"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"
14 sentyabrÖtən həftə 1348,9 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm
14 sentyabr