"Azərbaycanda 12 həftədən sonra abort edən və etdirən insanlar qanunu pozur!" - AÇIQLAMA

"Azərbaycanda 12 həftədən sonra abort edən və etdirən insanlar qanunu pozur!" - AÇIQLAMASelektiv abort dölün cinsiyyətinə görə hamiləliyin adətən 12-ci həftədən sonra pozulmasıdır. Çox vaxt qadınlar selektiv abortu ailələrin təzyiqi ilə əlaqədardır. Belə ki, abort etdirənlərin səbəbi isə ailədə"oğlan uşağı" arzusunun olmasıdır. Azərbaycanda selektiv abortdan geniş istifadə əhalinin demoqrafik vəziyyətinə də təsir. Bəs Azərbaycanda selektiv abort qarşısını almaq üçün hansı addımları atılır?

Məsələ ilə bağlı ginekoloq Rəşad Sultan Sonxeber.az-a açıqlama verib:

Biz hamımız bilirik ki, Azərbaycanda selektiv abort var. Azərbaycanda ikinci uşaq oğlandırsa, onu problem etmirlər. Amma birinci və ikinci uşaq qızdırsa, onu problem edirlər. Beləliklə say bərabərliyinin tarazlığını pozurlar. Hətta birinci uşaq qız olsa belə, götüzdürmək istəyənlər var. Bu mexanizm hələ neçə işləyir mən başa düşmürəm. Çünki, uşağın cinsiyyəti 12 həftədə məlum olur. 12 həftədən sonra onsuzda abort qadağandır. Deməli, abortu edən və etdirən insanlar qanunu pozur. Ona görə düşünürəm ki, bu sahədə xüsusi bir qanun çıxartmağa ehtiyac yoxdur. Qanunların icra edilməsinə nəzarət etmək lazımdır. Daha doğrusu bu qanunu pozanları cəzalandırmaq lazımdır. Bu isə hüquq orqanlarının işidir. Bir də son zamanlarda süni mayalanma ilə cinsiyyət seçimi mümkündür. Buda balansı pozmağa mənfi mənada xidmət edir.

Rəşad Sultan bildirib ki, süni mayalanma ilə cinsiyyət seçiminə qadağa qoymaq lazımdır:

"Belə bir qadağa qanunda öz əksini tapmayıb. Qanunda bu baxımdan boşluq var. Digər bir məsələ 8-9-cu həftələrlə verilən genetik analizlərdə uşağın cinsiyyətinin müəyyən edilməsidir. Bunu daha çox xaricdə edirlər. Adətən bu genetik analizlərin nəticəsini göndərənlər uşağın cinsiyyətini qeyd etmirlər. Amma bir şəkildə bu məlumatı əldə edib, uşağın cinsiyyətini öyrənmək mümkündür. Bu yolla uşağın cinsiyyətini 12 həftədən əvvəl müəyyən edib, sonra isə qızdırsa hamiləlik sonlandırılır. Bu məsələ bu gün çox populyar olmasa da, gələcəkdə mütləq biləcəklər və etməyə başlayacaqlar. Ona görə də qanunda bu boşluğunda doldurulması yerinə düşər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1442   Tarix: 02 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr