Tramp yenidən prezident seçilərsə... – Dünyanı nə gözləyir?
ABŞ-da Prezident seçkiləri yaxınlaşdıqca, namizədlər arasında mübarizə kəskinləşir. Hazırda Respublikaçılar arasında partiya namizədi olmaq istiqamətində rəqabət gedir. Hansı ki, bu mübarizədə sabiq Prezident Donald Tramp digərlərini əhəmiyyətli dərəcədə üstələyir. Onun çıxışları seçicilər arasında daha geniş rəğbət qazanmağa başlayıb. Bu fonda da Trampın yenidən Ağ Evə qayıtmaq şansları günü-gündən artır.
Görəsən, Tramp yenidən ABŞ Prezidenti olsa, dünya siyasətini nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Trampın yenidən Prezident seçilməsilə beynəlxalq münasibətlərdəki gərginlik müəyyən qədər azalacaq:
"Amerikanın xarici siyasətində ənənəvi olaraq kardinal dəyişiklik baş verməsə də, bu istiqamətdə respublikaçılarla demokratların mövqeyi xeyli dərəcədə dəyişir. Demokratların hakimiyyəti dönəmində xarici siyasət daha aqressiv və ABŞ-ın mövqeyi daha diqtəedici olur. Respublikaçı prezidentlər isə bir qayda olaraq Amerikanı daha çox daxili siyasətdə gücləndirməyə çalışır, iqtisadiyyata əsas önəm verirlər. Beləliklə də, demokratların dağıtdığını bir növ respublikaçılar bərpa etməyə çalışır.
Tramp öz dəsti-xəttilə ABŞ və dünyada tanınan liderdir.
Daha çox da texnokratiyanın nümayəndəsidir. Tramp üçün prioritetlər iqtisadi məsələlər, Amerikanın dünya bazarında mövqeyinin genişlənməsi və ölkə daxili problemlərin həllidir. Bu mənada düşünürəm ki, Trampın yenidən Prezident olması beynəlxalq münasibətlərdəki gərginliyin müəyyən qədər azalmasına gətirib çıxara bilər.
Hazırda isə beynəlxalq münasibətlərdə sərt gərgin ab-hava hökm sürür. Avropadan tutmuş Yaxın Şərqə qədər müxtəlif səviyyəli müharibələr gedir ki, onlarda da ABŞ-ın əli var. Nəhayət dünya nəfəs almalı, yaşanan gərginlikdə pauza yaranmalıdır ki, dövlətlər və beynəlxalq münasibətlər sistemi özünü toparlaya bilsin. Trampa son dövrlər daxildə artan simpatiya da bununla əlaqədardır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?