Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi

Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdiBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) "Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 391 833,6 AZN olan müqavilədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışı xidmətlərinin satın alınması nəzərdə tutulur.

Qurumun abunə yazılmaq istədiyi nəşrlər aşağıdakılardır:

"Kurikulum" jurnalı
"Azərbaycan məktəbi" jurnalı
"Azərbaycan" qəzeti
"Xalq" qəzeti
"Respublika" qəzeti
"Yeni Azərbaycan" qəzeti
"Bakinskiy Rabociy" qəzeti
"525 -ci qəzet"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Azərmətbuatyayımı" ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. Ondan əvvəl şirkəti Səfərli Vüqar Müzəffər oğlu təmsil edib.

Vüqar Səfərli 2009-2020-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsində işləyib. və 2021-ci ildə həbs edilib. Ona qarşı 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4-ci (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Vüqar Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Bundan başqa, onun Xətai rayonu, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.

"Azərmətbuatyayımı" ASC Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun şirkəti kimi tanınıb. Bu da səbəbsiz deyil. ASC-nin təsisçisi "Kaspi Mətbuat Yayım" MMC-dir. 1 mart 2004-cü ildə qeydiyyata alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1-də yerləşir. Bu ünvanda Əli Həsənovun ailə üzlərinə məxsus "Atom Qida" MMC, "Bakı 24" MMC, "Kaspi AZ" MMC, "Mətbuat Evi" MMC, "Golden Prince" MMC, "Global Advertisment" MMC və "Kaspi Co" MTK qeydiyyatda olub. Bu şirkətlər artıq ləğv edilib. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb. Digər tərəfdən, ASC-nin təsisçisinin dəyişməsi barədə də açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

BŞTİ-yə gəlincə, bu qurum Elm və Təshil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. İdarənin müdiri Mehriban Vəliyevadır. O, 2020-ci ildən bu vəzifədədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1436   Tarix: 02 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr