"Ermənistanın mina xəritələrini verməməsinin səbəbi həmin ərazilərdə kütləvi məzarlıqların aşkarlanmasıdır" - POLİTOLOQ
Xəbər verdiyimiz kimi, Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Minalanmış ərazilərin xəritəsinin verilməməsi danışıqlar prosesinə necə təsir edəcək?
Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a bildirib ki, minalanmış ərazilərin xəritələrinin verilməsi həllini tapmayan məsələdir və Azərbaycan-Ermənistan danışıqlar prosesinin tərkib hissəsidir:
"Ümumiyyətlə ermənilər Qarabağın işğalı zamanı burada sayı bəlli olmayacaq qədər çox mina yerləşdirdi. Bu minalanmış ərazilərin xəritələrinin olduğu realdır. Bəzi ərzilər var ki orada həqiqətən xəritələrin olması real deyil. Xüsusilə Xocalı və Şuşa ərazilərinin xəritələrini tərtib etməyiblər. Bu ərazilər daha sıx meşəlik olduğu üçün hərəkət imkanları və qayıdıb minaları çıxarmaq imkanı real deyil. Amma yollar və şəhərlər, ərazilər var ki, minalanmış ərazilərin xəritəsi mütləq şəkildə var. Çünki ermənilər bu strategiyaya əl ataraq bir növ gələcəkdə yenidən işğal prosesinə qayıtsalar yaxud əraziyə qayıdacaqları təqdirdə bu xəritələr vasitəsilə minaları təmizləyəcəkdilər. Bu baxımdan deyə bilərik ki, minalanmış ərazilərin xəritəsinin qaytarılması istiqamətində rəsmi Bakının israrı məhz bununla bağlıdır. Təbii ki, beynəlxalq hüquq ilə Ermənistana təzyiqlər edilə bilər".
Politoloqun sözlərinə görə, beynəlxalq təşkilatlardan gördüyümüz haqsız və verilən qərarların pərdəarxasında erməni lobbisi və diasporası var:
"Məsələnin beynəlxalq təşkilatlara şikayəti mümkündür. Amma fakt odur ki, bu günə qədər həll edilməyən bir məsələdir. Rəsmi Bakı bunu ancaq ermənilər ilə danışıqda həll edə bilər. Ermənistan-Azərbaycan danışıqlar prosesinin tərkib hissəsi olaraq rəsmi Bakı Ermənistandan bu xəritələri istəyə bilər. İkili danışıqlar və sərhəd komissiyaların görüşü zamanı bu məsələnin nəticəyə çatması mümkündür. Böyük ehtimalla Ermənistan bu məsələdə yayınmağa çalışacaqdır. Minalanmış ərazilərin verilməməsinin digər bir səbəbi isə həmin ərazilərdə bərpa işləri görülən zaman kütləvi məzarlıqların aşkarlanmasıdır. Bu günə qədər minadan təmizlənən ərazilərdə nə qədər kütləvi məzarlıq aşkarlanıb. Ehtimal olunur ki, hələ bu aşkarlanan kütləvi məzarlıqlar ümumi nisbətdə çox kiçikdir. Gələcəkdə aşkarlanacaq kütləvi məzarlıqlar erməni vandalizminin, terrorunun nə dərəcədə böyük və dəhşətli olduğunu bir daha göstərəcək".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?