Baydenə "yaddaş" əfvi... Məxfi sənədləri qəsdən gizlədib?
Ötən il ABŞ prezidenti Co Baydenin evində və ofisində məxfi sənədlər ələ keçirilib.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, istintaq zamanı bir sıra məqamlar nəzərə çatdırılıb. Xüsusi prokuror Robert Hur tərəfindən hazırlanan 345 səhifəlik hesabat Ağ Evin heç bir düzəliş tələb etməyəcəyini dedikdən sonra ictimaiyyətə açıqlanıb.
Xəbərdə Baydenin araşdırmaya mövzu olan sənədləri qəsdən gizlətdiyi müəyyən edilsə də, ona qarşı heç bir ittiham irəli sürülməyəcəyi bildirilib. Hesabatda Baydenin məxfi sənədlərdən düzgün istifadə etmədiyinə görə məhkum edilməsinin çətin olacağı qeyd edilib:
"Çünki cənab Bayden özünü münsiflər heyətinə yaxşı niyyətli, yaddaşı zəif olan qoca kimi təqdim edəcək".
Baydenin yaddaşında "pozulmalar" olduğu və istintaqa cəlb olunan sənədlərin təfərrüatlarını tam xatırlamadığı bildirilsə də, onun hərəkətlərinin təhlükəsizlik baxımından risklər yaratdığı deyilib.
Ağ Ev vasitəsilə yazılı açıqlama verən Bayden qərarı alqışladığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1022 Tarix: 09 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr