"İlhamə Quliyevanın mənə gücü çatmayıb"

"İlhamə Quliyevanın mənə gücü çatmayıb""Nadir Qafarzadənin ifasını çox istəyirəm, amma ayağımı bastalayıb. Ona heç vaxt "Allah rəhmət eləsin" deməmişəm, amma indi deyirəm: Allah İlhamə Quliyevaya rəhmət eləsin. İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Ondan çox çəkmişəm. Onun mənə gücü çatmayıb. Düşmənlərim mənə deyirlər ki, ölən insanın arxasınca danışmazlar. Hər fikrimə sahib olan insanam. Doğrudan, bu dünyadan köçən insanın arxasıyca danışmazlar, yalnız həqiqətdən başqa".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Rəngarəng səhər" verilişində deyib. Müğənni mərhum həmkarı İlhamə Quliyevadan danışıb:

"Qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovurdu. Bu məqamları heç yadımdan çıxara bilərəm? Qızım ağlayaraq gəlib dedi ki, İlhamə xala otaqda qışqırır və evimizdə olan insanları qovur. Bu həyatı yaşamışam. İlhamə çox gözəl müğənni və gözəl səsə malik idi. O oxuyanda yanğılı oxuyurdu. Ancaq onun xasiyyəti... ".

F.Kərimova bildirib ki, İ.Quliyeva sağlığında onunla yanaşı övladları haqqında da xoşagəlməz sözlər danışıb:

"İlhamə Quliyeva adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər sözlər danışıb ki... Mən də bunlardan sonra "şişdim, şişdim, şişdim" və sonda partladım. Olmaz belə. Heç bir sənətkar heç bir sənətkarın yerini tutmur. Bizi bir-birimizdən ayıran isə ömür boyu qazandığı nüfuzdur. Əgər sən o nüfuzu qazanmamısansa, istəyir səsin qızıldan, xasiyyətin brilyant olsun, amma səni bu millət qəbul etməyəcək. Sənə nə etmişdim ki, sən İlhamə, mənə nələr dedin və üzərimə hansı sözlər yapışdırdın. Dözdüm, dözdüm...

Bilirsiniz, niyə dözürdüm? Övladlarıma görə. Sonra isə bilirsiniz, niyə dözmədim, getdim üstünə? İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. Heç zaman heç kimin qarşısından qaçmamışam".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1445   Tarix: 09 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"

"Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin "Alim Qasımov toyuma 15 min mana

5 oktyabr
.

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib. xəbər verir ki, toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər. Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkənin

4 oktyabr
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl

4 oktyabr
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17 oktyabr
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18 oktyabr
.

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il

3 oktyabr
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27 oktyabr