Azərbaycanda qadın keçmiş sevgilisini çılpaq vəziyyətdə evdən qovdu - Cərimə edildi

Azərbaycanda qadın keçmiş sevgilisini çılpaq vəziyyətdə evdən qovdu - Cərimə edildiAzərbaycanda keçmiş sevgilisini çılpaq soyundurub, evdən qovan qadınla bağlı məhkəmə qərar verilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Qazaxın kəndlərindən birində baş verib.

Belə ki, rayon sakini Rövşən Kəlbiyev (soyad şərti) 1984-cü il təvəllüdlü Vüsalə adlı qadınla sevgi münasibətində olub. Sonradan aralarında yaranmış mübahisələrə görə ayrılıblar.

Vüsalə Rövşənin rayonda onun barəsində nəlayiq ifadələr işlətdiyini eşidib. Bundan qəzəblənən qadın onun üçün bozartma bişirdiyini və təcili evə gəlməyini xahiş edib. Rövşən də qadının dediklərinə inanaraq taksi ilə Vüsalənin evinə gedib. Qadın ona çay süzüb və evin giriş qapısını bağlayıb-bağlamadığımı soruşub, o da qapını bağladığını deyib.
Ətraflı

Bundan sonra Vüsalə Rövşəni yerə yıxaraq şalvarın kəmərini çıxarıb və boynuna dolayıb. Vüsalə əvvəlcədən evə çağırdığı Adil adlı tanışı ilə onun ayaqlarını şərflə bağlayıb. Vüsalə Rövşənin əvvəlcədən yandırdığı siqareti kül qabından götürərək, onun dodağına basıb. Bir daha onun ünvanına rayonda ağır ifadələr işlətməməsini tələb edib.

Bundan sonra Rövşən çılpaq vəziyyətdə Vüsalənin yaşadığı evdən çıxaraq hadisə yerindən uzaqlaşıb. Baş verən hadisə ilə bağlı polisə məlumat verib və qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib. İş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Vüsalə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 500 manat məbləğdə cərimə edilib. Cinayət işində adı hallanan Adil adlı şəxslə bağlı hər hansı qərarın verilib-verilməməsi il bağlı məlumat yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1338   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr