Sosial şəbəkələrdə işədüzəltmə fırıldaqçılığı: Necə edək ki, aldanmayaq?

Sosial şəbəkələrdə işədüzəltmə fırıldaqçılığı: Necə edək ki, aldanmayaq?"Məndən 20 manat tələb etdilər. Hətta müqavilə də imzaladılar. Dedilər ki, işə qəbul edilsən əməkhaqqının yarısını verməlisən. Uzun müddət keçsə də, heç bir iş tapmadılar. Ödədiyim məbləği də geri qaytarmırlar".

Sosial şəbəkələrdə işədüzəltmə şirkətləri ilə bağlı bu tipli şikayətlərin sayı artmaqdadır. Bu şirkətlərin fəaliyyəti ilə bağlı açıq qalan suallar hələ də həllini tapmayıb. Bəs insanlar necə etsin ki, bu cür fırıldaqçılığa qurban olmasınlar?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

"Həm vətəndaşlar, həm də şirkətlərlə işləyirik"

Dövlət Məşğulluq Agentliyində qeydiyyatdan keçmiş işədüzəltmə şirkətlərindən birində işə qəbul üzrə menecer kimi fəaliyyət göstərən Afa Həsənova deyir ki, ciddi işədüzəltmə şirkətləri real fəaliyyət göstərirlər: "Bizim saytımız var. Bütün elanlar orada yerləşdirilir. İnsanlar sayt vasitəsilə müraciət edə bilirlər. Orada özlərinə uyğun vakansiyaları seçib, CV-lərini göndərirlər. Sonra biz onları dəyərləndiririk. Uyğun gələn CV-lərə müraciət olunur. Əgər şərtlər həm namizədə, həm də şirkətə uyğun gəlirsə, o zaman müsahibə təyin edilir. Həmçinin, şirkətlər də kadr axtararkən müraciət edə bilirlər. Birbaşa öz bazamız üzərindən axtarış veririk. Yaxud saytda elan yerləşdiririk. Namizədlərə tələbləri göndəririk, əgər qəbul edirlərsə, öncə bizimlə müsahibədə olurlar, ondan sonra isə həmin şirkətlərə müraciət edə bilirlər".

İnsanlar heç bir ödəniş etməməlidirlər

Menecerin sözlərinə görə, əgər şirkət pul tələb edirsə, demək fırıldaqçıdır: "Vətəndaşlardan pul alan şirkətlər qeyri-qanunidir. Real şirkətlərdə belə hallar baş vermir. Hansısa şirkəti işçi ilə təmin ediriksə, yalnız fəaliyyətimizə görə şirkət tərəfindən xidmət haqqı ödənilir. Amma işlə təmin edilən, yaxud müraciət edən vətəndaşdan nə işəgötürən şirkət, nə də işə düzəldən tərəfdən ödəniş alınmamalıdır".

A.Həsənova bildirdi ki, şirkətə müraciət edərkən ən əsas diqqət olunmalı meyar vakansiyanın doğru olduğunu müəyyən etməkdir: "Vətəndaş bilməlidir ki, vakansiya realdır, yoxsa yox. Aldanmamaq üçün işədüzəltmə mərkəzinin hansı şirkətlərlə əməkdaşlıq etdiyinə, vakansiyaların harada olmasına baxıb dəqiqləşdirməlidirlər".

Əksər hallarda işlə təmin etmirlər

İnsan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov dedi ki, işədüzəltmə şirkətləri dedikdə, bir çox hallarda ağla fırıldaqçılıq halları gəlir: "Bir neçə il öncə onların iş prinsipini öyrənmək üçün müraciət etmişdim. Bu zaman məndən də kod açmaq adı ilə 20 manat pul istəmişdilər. Hansısa şirkətə işə qəbul olunduqda birinci və ikinci ayın maaşının 50 faizini onlara verməli idim. Amma həmin işədüzəltmə şirkəti məni heç bir sorğu-sual etmədi, peşəkarlıq səviyyəm haqqında məlumat toplamadı. Belə işədüzəltmə mərkəzlərinin bir neçə şirkətlə hansısa razılaşması olur. Vasitəçi kimi işçini həmin şirkətə göndərirlər. İşçi müsahibədən keçərsə, onlar da ödəniş alırlar. Amma əksər hallarda bu, baş vermir. Məsələ ilkin mərhələdə alınan məbləğlə yekunlaşır".

N.Xəlilovun fikrincə, etimad edilən şirkətlər də mövcuddur: "İşədüzəltmənin bir növü də şirkətlər üçün işçi axtarmaq xidmətidir. Məsələn, hansısa müəssisədən tələb gəlir ki, "bizə bu göstəricilərdə işçi lazımdır". Onlar da bazardan həmin işçini axtarıb tapır, müsahibə edir, təlimatlandırır və onu müəssisədə işlə təmin edirlər. Bu, müqavilə və xidmət haqqı ilə olur. Müqavilədə tərəflərin öhdəlikləri və hüquqları müəyyənləşir".

Fırıldaqçılığın ilkin əlamətləri

Ekspert qeyd etdi ki, dəqiq məlumatlar qeyd olunmayan vakansiyalara müraciət etmək, özünü fırıldaqçının əlinə vermək deməkdir: "Mən insanlara işədüzəltmə şirkətlərinə müraciət etməyi məsləhət görməzdim. Çünki əksər hallarda bu, fırıldaqçılıq hallarına gətirib çıxarır. Bir çox hallarda elanlar paylaşılır, amma şirkət adı, ofis yoxdur. Bunlar fırıldaqçılığın ilkin əlamətləridir. Sığortalanmaq üçün insanlar baxmalıdır ki, şirkətin saytı, ofisi varmı? Müraciət etdikdə müsahibə edirlərmi, vətəndaşa nə vəd edirlər?"

Bunu yalnız hüquqi şəxslər edə bilər

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, bu mövzuda xeyli maarifləndirmə işləri aparılıb, insanlara dəfələrlə müraciət edilib. Amma insanlar hələ də aldanırlar: "Ölkəmizdə işədüzəltmə sahəsində vasitəçilik qanunla tənzimlənir. Qanunvericilikdə bunu yalnız hüquqi şəxslər edə bilər. Amma hazırda VÖEN-i olan və ya olmayanlar sosial şəbəkələrdə, müxtəlif platformalarda elan yerləşdirməklə insanları aldadırlar. Hansısa anketi doldurmağa görə 10-20 manat məbləğ tələb edirlər. Hətta bəziləri daha da irəli gedərək daha böyük pullar alırlar. Çarəsiz insanlar da ümid edirlər ki, işlə təmin olunacaqlar. Bu cür şirkətlər 3-5 ay müəyyən bir yer kirayə götürüb fəaliyyət göstərirlər, bir müddət sonra həmin yerdən köçürlər. Telefon nömrələrini də dəyişirlər və başqa ad altında insanları aldatmağa davam edirlər".

Şikayət yoxdursa...

S.Məmmədovun sözlərinə görə, bu şəxslər barədə insanlar şikayətçi olmadığı üçün fırıldaqçılıq halları bitmək bilmir: "Cəza məsələsi bir az qəlizdir. Çünki 10-20 manat verib aldanan adamlar əksər hallarda müvafiq orqanlara şikayət etmirlər. Düşünürlər ki, müraciət etsələr bir neçə dəfə də gedib-gəlməli olacaqlar. Şikayət də yoxdursa, bu halda müvafiq orqanlar hərəkətə keçə bilmir".

Cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Müsahibimiz fırıldaqçıları gözləyən cəzalardan da danışdı: "15-20 manata görə kimsə şikayət etdikdə, dələduzu tutsalar, bu, inzibati xəta hesab ediləcək. Bunun da cəzası yalnız cərimədir. Yox, əgər kütləvi surətdə dələduzluq edilibsə, bu zaman cinayət məsuliyyəti yaranır. Kütləvi şikayətlər də olmur. Ona görə də belə dələduzlar istədikləri kimi insanları aldada bilirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1065   Tarix: 18 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr