Narkotik istifadə edən taksi sürücüləri: Həyatımızı riskə atırıq... - ARAŞDIRMA

Narkotik istifadə edən taksi sürücüləri: Həyatımızı riskə atırıq... - ARAŞDIRMANarkotik istifadəçiləri üçün pul qazanmağın ən rahat yolu gündəlik maşın kirayələyib taksi fəaliyyəti ilə məşğul olmaqdır. Çünki belə təsəvvür var ki, heç kim maşını verərkən onları tibbi müayinədən keçirmir.

"Kim bilir nələr olacaqdı?! Ata yolu gözləyən hansı övlad atasız qalacaqdı?! Neçə can, neçə tale xilas edildi?! Bilmirik! Fakt, olacaq haqqında təsəvvür yaradır. Masallı rayonunda yol polisi "Mitsubishi" markalı avtomobili nəzarət qaydasında saxlayır. Sürücü qəti etiraz edir: "Sənədlərim var, dilimə spirtli içki dəyməyib, sərxoş deyiləm..." Sürücü haqlı idi, düz deyirdi, spirtli içki qəbul etməmişdi. Lakin məlum olur ki, ağır dərəcəli narkotik vasitələrin təsiri altındadır". Bu status Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyevə məxsusdur və bu hadisə 2021-ci ildə olub.

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:

İnsanlar növbəti faciədən sığortalanıblarmı?

Üzərindən üç ilə yaxın vaxt keçib, lakin narkotik vasitələrin təsiri altında olan sürücülər hələ də ciddi təhlükə mənbəyidirlər. Daxili İşlər Nazirliyinin (DİN) son vaxtlarda yaydığı görüntülərdə bu sürücülərin necə "cəsarət"lə avtomobilini digər avtomobillərin üzərinə sürməsinin, əks yolda hərəkət etməsinin, işıqforun qırmızı işığında keçməsinin, polisin "dur" əmrinə tabe olmamasının, avtomobilini yolda saxlayıb qaçmasının şahidi oluruq. Məsuliyyətsiz sürücülər günahsız insanların həyatına təhlükə yaradır, dəhşət saçırlar. Yəni bu gün də qaydalara riayət edən, evinə, işinə tələsən insanlar yollarda narkotik istifadəçisi olan sürücülərlə rastlaşmaqdan sığortalanmayıblar. Amma onların hamısını aşkarlamaq mümkündürmü? İnsanlar növbəti faciədən sığortalanıblarmı?

Məlumat üçün bildirək ki, DYP-nin narkotik istifadəçisi sürücülərlə mübarizəsinə mane olan əsas problemlərdən biri yol polisinin qaydanı pozmayan sürücünü saxlaya bilməməsidir. Şübhə yaradacaq hallar olduqda, qayda pozulduqda, polis sürücü ilə həmsöhbət olur və faktı aşkarlaya bilir.

Bəs narkotik istifadəçiləri qayda pozmadan, təhlükə yaratmadan avtomobil idarə edə bilərlərmi? Spirtli içki qəbul edərkən, hərəkətindən bilinməsə belə, qoxusundan hiss etmək olur, bəs narkotik istifadəçilərini necə?

Narkotik istifadəçiləri üçün pul qazanmağın yolu

Ekspert Emil Maqalov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, narkotik istifadəçiləri işlədiyi yerlərdən bu vərdişlərinə görə azad olunduqları üçün pul qazanmağın yolunu sərnişindaşımada görürlər: "Onlar üçün pul qazanmağın ən rahat yolu gündəlik maşın kirayələyib taksi fəaliyyəti ilə məşğul olmaqdır. Çünki heç kim maşını verərkən onları tibbi müayinədən keçirmir. Fiziki görünüşə gəldikdə isə, narkotik istifadəçilərinin fiziki görünüşündən əksər vaxtlar bunu hiss etmək olmur. Hazırda fəaliyyət göstərən taksi şirkətlərində də narkotesterlərdən istifadə olunmadığı üçün bu işi rahatlıqla həyata keçirə bilirlər".

Hər gün test götürülməlidir

Problemin həll yoluna gəldikdə isə, mütəxəssis bildirir ki, hər şəhərin, rayonun nəqliyyat departamenti tez cavab verə biləcək testlərdən istifadə etməli, sürücülərin gündəlik testlərdən keçməsini təmin etməlidir: "Narkotik istifadəçiləri üç növ narkotik vasitələrdən istifadə edirlər. Elə narkotik maddə var ki, qanda və sidikdə 24 saat, eləsi var ki, bir həftə, eləsi də var ki, bir ay qalır. Buna görə də sərnişindaşıma ilə məşğul olan sürücülərdən hər gün test götürülməlidir".

Mütəxəssis vurğulayır ki, həmçinin DYP də qanuna əsasən, hər hansı bir sürücünü saxladıqda, eynən spirtli içki yoxlanışında istifadə olunan alətlər kimi tez cavab verə biləcək narkotesterlərdən istifadə etməlidir. Narkotik istifadəçisi bilsə ki, belə testlər mövcuddur və dərhal aşkarlanırlar, məcburi şəkildə istifadə etməyəcək, etsə belə, sükan arxasına keçməkdən çəkinəcək. Problemin həll yolu yerindəcə yoxlaya bilən narkotesterlərin tətbiqidir".

Ən yaxşı yol ictimai mübarizədir

Millət vəkili Fazil Mustafa isə düşünür ki, narkotik istifadəçisi olan sürücülərdən xilas olmağın ən yaxşı yolu ictimai mübarizədir: "Sürücülərin narkotik maddələrdən istifadə etməsini müəyyənləşdirmək xeyli çətindir. Hər yolda avtomobil idarə edən sürücünü saxlayıb, yoxlamaq mümkün deyil. Bundan xilas olmağın ən yaxşı yolu ictimai mübarizədir. Aşkarlamaq üçün cəmiyyətdən 102 qaynar xəttinə məlumatlar daxil olmalıdır. Məsələn, kiminsə qonşusu, qohumu narkotik istifadəçisidir və avtomobil idarə edirsə, anonim şəkildə polisi bilgiləndirməlidir. Çünki narkotik istifadəsinin təsiri ilə sükan arxasında oturan hər bir sürücü başqalarının həyatına ciddi təhlükədir".

Səbəb taksilərin sayının çoxluğudur

Nəqliyyat eksperti Bulud Bağırov isə deyir ki, narkotik istifadəçisi sürücülərin sayının artmasının səbəbi taksilərin sayının çoxluğudur: "Şəhərdə taksilərin sayı sürətlə artır. Sürücülük vəsiqəsi olan taksi fəaliyyəti ilə məşğul olur. Maşın sürməyi bacaran, bacarmayan hər kəs gündəlik 30 manata avtomobil icarəyə götürüb yollarda təhlükə yaradır. Bunun qarşısını almaq üçün ictimai nəqliyyatı gücləndirmək lazımdır. İctimai nəqliyyatda da hər reysə çıxan sürücü həkim müayinəsindən keçməlidir. Bu, həm tıxacların sayını azaldacaq, həm də çıxış yolunu taksi fəaliyyəti ilə məşğul olmaqda görən narkotik istifadəçilərinin sayına təsir edəcək".

Bəs hüquq nə deyir?

Hüquqşünas Sabir Qəniyev deyir ki, "Avtomobil nəqliyyatı haqqında" qanuna əsasən, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri mövcud olmalıdır: "Sözsüz ki, sürücü reysqabağı tibbi müayinədən keçdikdən sonra spirtli içki və ya narkotik vasitəsi qəbul edərək fəaliyyətini davam edə bilər. Lakin spirtli içki və ya narkotik vasitəsi qəbul etdikdən sonra sürücü növbəti gün tibbi müayinədən keçdiyi zaman həmin vasitələrdən istifadə edilmə barədə məlumatlar dərhal müəyyən edilir. Bunun üçün də sərnişindaşıma ilə məşğul olan hər bir sürücü qanunverciliyə əsasən, hər gün tibbi müayinədən keçməlidir".

Mütəxəssis bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır:

"Problem sərnişin daşımaları üçün verilən buraxılış vərəqələrinin taksi sürücülərinin bir çoxu tərəfindən əldə edilməməsidir. Buraxılış vərəqəsi olmadıqda, "Lisenziyalar və icazələr haqqında" qanunun tibbi müayinə ilə bağlı tələblərinin həyata keçirilməsi mümkünsüz olur. Problemin həll yolu kimi bu vərəqlərin əldə edilməsinə ciddi nəzarətin olmasıdır".

Qeyd edək ki, bu həftə sonu Bakıda fəaliyyət göstərən taksi sürücülərinin kütləvi şəkildə narkoloji testdən keçirilməsi barədə məlumatlar yayılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1077   Tarix: 18 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr