Dərdlərə dərman olan camış ətini niyə SEVMİRİK? - Mütəxəssisdən MARAQLI AÇIQLAMA

Dərdlərə dərman olan camış ətini niyə SEVMİRİK? - Mütəxəssisdən MARAQLI AÇIQLAMAÖlkəmizdə dana və qoyun əti daha çox sevilir və yeyilir. Ancaq paytaxtın bəzi satış nöqtələrində alıcılara mal əti adı ilə camış əti satılır.

Bəs camış ətini dana ətindən fərqləndirən nədir?

Camış ətinin tərkibində zülallar və asan mənimsənilən dəmir komponentləri olduğu üçün dadına görə də dana ətindən fərqlənir. Elə rənginin tünd-qəhvəyiyə çalan qırmızı olması da tərkibindəki dəmir tərkibli birləşmələrlə izah edilir.

Lakin ölkəmizdə bu ətə maraq daha azdır. Bunu bəzən təbii otlaqlarda otlayan, bataqlıqlarda yatan camışların ətindən gələn özünəməxsus qoxu ilə əlaqələndirirlər.

Bəs ağız dadına o qədər də uyğun olmayan camış ətinin hansısa fəsadı varmı?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya deyib ki, mal xəstə olduqda hansısa fəsad yarada bilər:

"Həm qırmızı ət (mal, qoyun), həm də quş əti, balıq ətindən istifadədə coğrafi amil öz sözünü deyir. Bəzi restoranlarda camış ətindən istifadənin aşkar olunduğu deyilir. Aşkar olunsa belə, bu, birmənalı şəkildə camış ətinin zərərli olması demək deyil. Çünki əgər heyvan yemək üçün bəslənilibsə, təmiz, sağlamdırsa, xəstə heyvan deyilsə, insan orqanizminə heç bir fəsad verə bilməz. Həmçinin, gündəlik istifadədə bu kimi ətlərdən istifadə olunmayıbsa, yediyin zaman həzmi çətin ola bilər. Fəsadları bundan ibarətdir".

Məhsəti Hüseynovanın sözlərinə görə, yol qırağında satılan bəzi qidaların hazırlanmasında ucuz ətlərdən istifadə olunur:
"Bu gün restoranlarda, ictimai iaşə obyektlərində, eyni zamanda, yol kənarında satılan dönərlər və yaxud da digər ətdən hazırlanan məhsullar var. Ucuz olsun deyə bəzən ənənəvi olmayan ət və eşşək ətindən istifadə olunur. Bu da hər hansı kənd təsərrüfatında istifadə olunan və yaxud südlük saxlanılan heyvanlardır ki, yaşlandıqda və xəstə olduqda ucuz qiymətə satılır. Belə olan halda xəstə heyvan ətindəın insan orqanizminə müəyyən xəstəliklərin keçməsi mümkündür.

Həzm prosesindəki problemlər həssas qrupdan olan insanlarda, xroniki xəstəlikləri olanlar, azyaşlı uşaqlar və yaşlı insanlarda daha tez özünü büruzə verir. Müəyyən allergik reaksiyalara, zəhərlənmələrə, ağırlaşmalara gətirib çıxarır. Ona görə də ət məhsullarını mütləq şəkildə mənşəyi bəlli olan yerdən əldə etmək tövsiyə olunur. Xüsusilə, çəkilmiş ətlərdən istifadə etməmək vacibdir".

Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir. Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir. Odur ki, el arasında camış ətinə "kasıb insanların zülalı" deyilir.

Biokimyəvi tərkibinə görə camış əti sadə və mürəkkəb zülallar, vitaminlər (A, E, C, B1, B6, B12, PP və b.), makro və mikroelementlər (Ca, P, Fe, Na, K, Zn, Mg, Cr, Mn, Cu, S və b.), ekstraktiv maddələr və fermentlərlə zəngindir.

Zəngin kimyəvi tərkibi və qidalılıq dəyərinə görə camış əti insan orqanizmi üçün olduqca faydalıdır.

Tərkibində dəmir (transferrin və ferritin şəklində) və B12 vitamini çox olduğundan qanazlığını aradan qaldırır; hamiləlik dövründə anemiyaların yaranmasının qarşısını almaqla, ana bətnində dölün inkişafına müsbət təsir göstərir; az yağlı, lakin Omega-3 turşuları ilə zəngin ət növü kimi ürək-damar sisteminin xəstəliklərindən qorunmaq məqsədilə istehlak edilməsi tövsiyə olunur və orqanizmdə zərərli xolesterolun miqdarını azaltmaqla piylənmənin qarşısını alır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1027   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr