Erməni generallar sərhəddə: İrəvan yeni hücuma hazırlaşır?
Ermənistanda yaxın dövrdə yeni müharibə hazırlığına dair informasiyalar peyda olub.
"Oragir.news" saytının erməni ordusunun komandir heyətinə müharibəyə hazırlaşmaqla bağlı göstəriş verildiyinə dair məlumatı Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib olunub.
Təbii ki, müharibəyə hazırlıqla bağlı informasiyalar rəsmi şəkildə təsdiq olunmayacaq. Burada əsas məqam Ermənistanın hərbi rəhbərliyinin praktiki müstəvidə hansı addımlar atmasıdır.
Ermənistan MN məlumatları təkzib etsə də, erməni generalların Azərbaycan sərhədinə səfəri xüsusilə diqqət çəkir.
Rəsmi məlumata görə, Ermənistan ordusunun Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Arsyan ötən həftənin sonu "sərhədin cənub-şərq və cənub-qərb hissələrinə baş çəkib". Bir neçə hərbi hissədə olan Arsyan sərhəddəki postlara çıxıb, hərbçilərlə müzakirələr aparıb, mühəndislik işləri ilə tanış olub, daha sonra bölmə komandirlərinin iştirakı ilə iclas keçirib. Arsyanın səfər etdiyi "sərhədin cənub-şərq və cənub-qərb hissəsi" Azərbaycanla sərhədin hər iki istiqamətidir: cənub-şərq Zəngilan-Qubadlı, cənub-qərb isə Naxçıvanla sərhəd ərazisinə düşür;
Arsyanın məhz indi bu istiqamətə səfər etməsinin bir neçə mümkün səbəbi ola bilər.
Birincisi, Ermənistan son təxribatını sərhədin cənub-şərq hissəsində - Zəngilan istiqamətində etmişdi və Azərbaycan ordusunun adekvat cavabı nəticəsində ağır itkilər verdilər: görünür, Arsyan vəziyyəti birbaşa yerində yoxlamaq qərarına gəlib;
İkincisi, sərhəddə təxribatların davam edəcəyi gözləntisi var, xüsusilə Zəngəzur dəhlizi layihəsinin olduğu Zəngilan istiqaməti mümkün toqquşma zonalarından biridir: Arsyanın növbəti təxribat planı ilə bağlı erməni hərbçiləri yerində təlimatlandırmaq üçün sərhədə gəldiyi istisna edilməməlidir;/Publika.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 798 Tarix: 19 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabr