Azərbaycanda kişilər üçün pensiya yaşı 63, qadınların isə 60 yaşa endirilir? - AÇIQLAMA

Azərbaycanda kişilər üçün pensiya yaşı 63, qadınların isə 60 yaşa endirilir? - AÇIQLAMABu gün müzakirə olunan məsələlərdən biri də pensiya yaşının aşağı salınmasıdır. Səsələndirilən biri də kişilər üçün pensiya yaşı 63-ə, qadınların isə 60-a endirilməsidir. Qeyd edək ki, hazırda ölkədə 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 aydır. 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu məsələ Milli Məclisdə də dəfələrlə müzakirə olunub:

"Bu gün pensiya yaşının qaldırılması keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun vaxtında "Əmək pensiyaları haqqında" qanununa edilmiş dəyişikliklərə əsasən həyata keçirilir. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulur ki, kişilərin yaş həddi 2017-ci ilin iyul ayının 1-dən başlayaraq 2021-ci il iyul ayının 1-dək, qadınların yaş həddi isə 2017-ci ilin iyul ayının 1-dən başlayaraq 2027-ci ilin iyul ayının 1-dək hər il 6 ay artırılır. Qanuna əsasən 2027-ci ildə qadınlar və kişilərin pensiya yaşı eyniləşərək 65 yaş olacaq. Amma bu dəyişiklik olunana qədər Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60 idi. Bu gün səsləndirilən təkliflərdən biri də penisya yaşının kişilər üçün 63-ə, qadınlar üçün isə 60-a endirilməsi təklif olunur. Vətəndaşlarımızı başa düşürəm. Hər kəs dahas tez pensiya çıxmaq istəyir. Digər deputat həmkarlarım kimi mən də pensiya yaşının aşağı salınmasını istəyirəm. Amma bu gün üçün pensiya yaşının aşağı salınması real görünmür. Çünki qanunda dəyişiklik edilən zaman ölkədə orta ömürlülük yaşı nəzərə alınıb.Bundan əlavə qanuna dəyişiklik edilən zaman region ölkələrdəki əmək pensiyası yaşı da hər tərəfli təhlil olunub. Ona görə də mən əmək pensiyası yaşının yenidən aşağı salınması ilə bağlı səsləndirilən təklifləri bu gün üçün real görmürəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 25224   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr