Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı seçkilər keçirilə bilər? - AÇIQLAMA

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı seçkilər keçirilə bilər? - AÇIQLAMAMəlum olduğu kimi, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra idarəetmə sahələrində keçiriləcək dəyişikliklər aktual mövzu olaraq qalmaqda davam edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük qayıdışa uyğun olaraq bərpa-quruculuq işləri davam edir. Burada maraqlı bir sual yaranır. Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərin və əlavələrin edilməsi ilə bağlı növbədənkənar seçkilərə gedilə bilər?

Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, qarşıda yeni bir dövr başlayır. Bu yeni dövrdə xüsusən ölkənin idarəetmə məsələsində bir sıra dəyişikliklər mümkündür:

"Ən əsasıda regional idarəetmələrdə rayon icra hakimiyyətlərində dəyişikliklərin edilməsi təklif edilir. Əsas gözlənti budur ki, prezidentin xüsusi nümayəndəliyi əsasında qurulsun. Qarabağda işğaldan azad edilmiş ərazilərdə bu tətbiq edilir. Təklif edilir ki, bu üsul bütün ölkə üzrə tətbiq edilsin. Bu hələ ki uğurlu variantlardan biridir. Rayon icra hakimiyyətləri fəaliyyəti dövründə müəyyən qədər problemlər çıxıb. Digər tərəfdən regional idarəetmədə öz büdcəsini formalaşdırması ilə bağlı məsələ gündəmə gələ bilər. Dövlət büdcəsinin yükünü azaltmaq üçün hər region özünün həm turizm, həm də digər məsələlər hesabına öz büdcəsini formalaşdıra bilər. Bu modeldə gündəmə gələ bilər və diqqət mərkəzindədir".

Asif Nərimanlının sözlərinə görə, baxımdan konstitusiyayaya ediləcək ən böyük dəyişiklik regional idarəetmə məsələləri ilə bağlı ola bilər:

"Digər tərəfdən ümumi olaraq ciddi bir dəyişikliyə ehtiyac yoxdur. Xüsusən Ermənistanda gündəmə gətirilir ki, Ermənistan konstitusiyalarını dəyişdirirsə, onlarda konstitusiyalarını dəyişdirməlidir. Bu bir absurd iddiadır. Çünki Azərbaycan Konstitusiyasında heç bir başqa bir ölkənin ərazisinə iddia yoxdur və edilmir. Amma Ermənistan Konstitusiyasında konkret iddialar var. Məsələ referendum keçirlərsə və konstitusiyaya dəyişikliklər edilərsə sırf daxili idarəetmə məsələsinə qaynaqlana bilər".

Ekspert qeyd edib ki, Azərbaycanda birinci vitse-prezidentlik institutu yaradılıb. Müəyyən bir işlər görür. Eyni zamanda bunun qanunda, konstitusiyada təsbit edilməsi daxil edilə bilər:

"Bu baxımdan düşünürəm ki, referendumun keçirilməsi istisna deyil. Amma fikrimcə, referendum bu il ərzində keçiriləcək qərar gözləntisi azdır. Çünki bu il ərzində, parlament seçkilərinin keçirilməsi aktualdır. O cümlədən Azərbaycan böyük bir tədbir olan COP-29-a hazırlaşır. Bu da kifayət qədər geniş bir məsələdir. Bu kontekstdə referendumun bu il yox, gələn il keçirilməsi real görünür. Həm yeni parlament formalaşdırıldıqdan, həm də bələdiyyə seçkiləri yenidən qurulduqdan sonra, konstitusiyaya dəyişiklik üzrə yeni bir referenduma gedilə bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2138   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr