Sosial şəbəkələrdə müavinat və pensiya düzəltmək adı ilə pul alan şəxsləri hansı CƏZA GÖZLƏYİR?

Sosial şəbəkələrdə müavinat və pensiya düzəltmək adı ilə pul alan şəxsləri hansı CƏZA GÖZLƏYİR?Son zamanlar sosial şəbəkələrdə sosial yardım və pensiya fırıldaqçılığı ilə məşğul olan şəxslərin sayı artıb. Həmin şəxslər vətəndaşlardan külli miqdarda pul alaraq, onlara sosial yardım və pensiya düzəldəcəklərini vədd edirlər. Daha sonra isə bu məbləği alaraq, yoxa çıxırlar. Bu şəxslərə hansı cəza verilə bilər?

Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlama verib.

Vəkil sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun vacibliyini vurğulayıb:

"Bu kimi halların qarşısının alınması üçün aydın məsələdir ki, sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbuluna ehtiyac var. Çünki tez-tez insanların sosial şəbəkə fırıldaqçılarının qurbanı olduğunun şahidi oluruq. Çünki texnoloji yeniliklərlə bərabər getdikcə sosial şəbəkələrdə dələduzluq faktları artmaqdadır. Sosial şəbəkələrdə bu özünü daha xırda talama, dələduzluq şəklində biruzə verir. Bəziləri qeyd etdiyiniz kimi işə düzəltmə, pensiya və sosial müavinət təyin etmə vədi ilə insanları aldadaraq onların xeyli və külli miqdarda vəsaitini ələ keçirir".

T.Abdullazadə İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin şəxsləri hansı cəza tədbirləri gözləyə biləcəyinə aydınlıq gətirib:

"İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talamaya görə şəxsə üç ayadək müddətə inzibati həbs tətbiq edilə bilər. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Xeyli miqdarda ziyan vurmaqla törədildikdə—iki ildən beş ilədək, külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə — on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İşin çətin tərəfi odur ki, vətəndaşlar sosial şəbəkələrdə onlara qarşı dələduzluq edən şəxslərin şəxsiyyətini müəyyən edəcək məlumatları bilmirlər ki, ondan şikayət edə bilsinlər. Hətta dələduzluqla məşğul olanlar öz şəxsi profilindən deyil, yaratdığı fake (uydurma) hesablardan vətəndaşlara yazırlar".

Vəkil bildirib ki, adətən dələduzluğa hazırlaşan insanlardan şəxsiyyətinə dair məlumatları istəyən kimi yoxa çıxırlar:

"Məsləhətim odur ki, vətəndaşların əgər onlayn ödəniş etmək fikri varsa, mütləq ödəniş etdikləri şəxsdən şəxsiyyət, sürücülük vəsiqəsi və sair şəxsi məlumatlarını tələb etsinlər. Həmin şəxs bu məlumatları verməkdə tərəddüd edirsə bilsinlər ki, dələduzluqla qarşılaşma riski yüksəkdir. Adətən dələduzluğa hazırlaşan insanlardan şəxsiyyətinə dair məlumatları istəyən kimi yoxa çıxırlar. Ancaq unutmamaq lazımdır ki, professional dələduzlar başqasının şəxsiyyət vəsiqəsini də ata bilər.

Daxili İşlər Nazirliyi dəfələrlə bununla bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edərək qeyd etmişdir ki, ümumiyyətlə sosial şəbəkələrdə tanımadığı insanlara şəxsi məlumatları, həmçinin bank kartlarının şifrəsi, arxa nömrəsi, şəxsiyyət vəsiqəsinin seriyası, FİN kodu və s. verməsinlər. Odur ki, şəbəkə istifadəçiləri belə məsələlərdə diqqətli olmalı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməli və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamalı, ödəniş etməmişdən öncə risklərini maksimum sığortalamalıdır. Əgər həmin dələduzun şəxsiyyətini müəyyən edəcək məlumatlara sahib deyilsinizsə, nəinki 500, hətta 5000 manat da pul versəniz belə onu aşkara çıxarıb ifşa etmək, istintaqa cəlb etmək bir çox hallarda mümkünsüz olur. Vətəndaşlar bilməlidir ki, rüşvətlə qanun çərçivəsində dövlət işinə düzəlmək, pensiya və sosial müavinət almaq mümkün deyil. Əgər belə hal baş verərsə onsuz da bu halın özü də qanunsuzdur. Aşkar olunduğu təqdirdə rüşvətlə düzəldiyiniz işdən çıxarılacaq, rüşvətlə düzəldilən pensiya və sosial müavinətiniz isə dayandırılacaqdır".

Gülcahan Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1217   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr