Qızı bullinqə məruz qoyan yeniyetmənin bibisi məktəb direktoru OLUB – TƏFƏRRÜAT

Qızı bullinqə məruz qoyan yeniyetmənin bibisi məktəb direktoru OLUB – TƏFƏRRÜATXəbər verildiyi kimi, Şüvəlan qəsəbəsində yerləşən 156 saylı məktəbinin yaxınlığında şagirdlərdən biri həmcinsi tərəfindən bulinqə məruz qalıb.

Məktəbin X sinif şagirdi Dilarə Rza qızı Rzaquliyeva məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb.

Görüntülərdən görünür ki, Dilarə Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz söz yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.

Hadisə hüquq mühafizə orqanları və Elm və Təhsil Nazirliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, görüntülərdə əks olunan yeniyetmələrdən yalnız biri – Dilarə Rzaquliyeva, yəni zorakılığı törədən 156 nömrəli məktəbin X sinif şagirdidir. Qısnamaya məruz qalan yeniyetmə isə 9-cu sinif məzunudur.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovanın bildirdiyinə görə zorakılığa məruz qalan qız Dilarə Rzaquliyevanın fotosunu sosial şəbəkədə paylaşaraq, altından qeyri-etik ifadələr yazıb. Bundan hiddətlənən Dilarə sözügedən davranışa əl atıb.

Bizim.Media məsələ ilə bağlı bəzi təfərrüatları da öyrənib. Məlum olub ki, zorakılığı törədən Dilarə Rzaquliyevanın bibisi Gülxanım Məmmədova sözügedən - 156 nömrəli məktəbin keçmiş direktoru olub.

Hazırda da həmin məktəbdə direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışır. O, qardaşı qızının törətdiyi davranışdan şok keçirdiyini dilə gətirərək, hadisənin məktəb daxilində baş verməməsinə bir növ haqq qazandırıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məsələ ilə bağlı bildirib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Ombudsman məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2980   Tarix: 20 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr