Yeniyetmənin bullinq görüntülərini çəkən və yayanları hansı cəza gözləyir? - FOTO/VİDEO
Ötən gün sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışını əks etdirən görüntülər yayılıb.
Hadisənin məktəbdən kənarda olduğu bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.
Bəs görüntüləri çəkən və qıza qarşı qeyri-etik davranış sərgiləyən şəxsləri hansı cəza gözləyir?
Vəkil Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülərdən aydın olur ki, onlar yetkinlik yaşına çatmamış şəxslərdir:
"Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Əgər görüntülərdə qeydə alınan şəxslərin on altı yaşı tamam olubsa, Cinayət Məcəlləsinin 221-ci maddəsi üzrə, yəni xuliqanlığa, ictimai qaydanı kobud surətdə pozduqlarına, cəmiyyətə açıq-aşkar hörmətsizlik göstərdiklərinə, şəxslərə qarşı zor tətbiq etdiklərinə görə məsuliyyətə cəlb oluna bilərlər.
Eyni zamanda, xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə, yəni təhqir, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayəti üzrə məsuliyyətə cəlb oluna bilərlər".
O vurğulayıb ki, zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxsin valideynləri şərəf və ləyaqətin alçaldılmasına görə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər:
"Son zamanlar bu kimi hadisələrlə dəfələrlə rastlaşırıq. Beləliklə, təcrübə göstərir ki, təhsil müəssisələrində şagirdlərin intizam məsuliyyəti üzrə təsiredici addımlar atılmır. Habelə, məktəblərdə şagirdlərlə onların hüquq və vəzifələri, məsuliyyəti barədə məlumatlandırıcı tədbirlər həyata keçirilmir.
Eyni zamanda, məktəb heyəti ilə birlikdə valideynlər də üzərinə düşən məsuliyyəti və vəzifələrini anlayaraq şagirdlərin tərbiyəsində yaxından iştirak etməlidirlər. Hesab edirəm ki, belə neqativ halların aradan qaldırılması üçün məktəblərdə profilaktik tədbirlər görülməli, şagirdlər və valideynlərlə profilaktik söhbətlər aparılmalıdır. Onların hüquq və vəzifələrini, məsuliyyətini əhatə edən təlim və tədbirlər həyata keçirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1127 Tarix: 20 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr