Atası tərəfindən döyülən azyaşlı qızın babası DANIŞDI: "Məni zorla maşına oturtmaq istədilər" - VİDEO
Bakıda ata azyaşlı qızına və həyat yoldaşına şiddət göstərib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda atanın azyaşlı qızını döydüyü görünür. Əvvəlcə əlindəki əşya ilə, sonra əli ilə balacanın başından dəfələrlə vurur.
Videosu yayılan azyaşlının babası Böyükağa Əzizağa oğlu Əliyev Baku TV-yə danışıb.
Onun sözlərinə görə, qızının ailəsində əvvəllər də problem olub, lakin hər dəfə məsələni yoluna qoymağa çalışıblar.
"Bu dəfə də gəlib dedi ki, evimdə qalmaq istəyirəm, səhvimi anladım. Qızım etiraz etdi ki, bunların yenə hansısa planı var, qorxuram, bizimlə qalmasın. Dedim ki, qızım, səs eləmə, qoy qalsın, mən də buradayam.
Söz-söhbətdən əvvəl qızımın telefonunu alıb format etmişdim. Uşaqların atası evə qayıdanda telefonu qızıma qaytarmağımı istədi. Mən də razılaşdım.
Səhər yuxudan durub işə gedəndə telefon məsələsini yenə dedi. Mən də ona telefonu verəndə öz mobil telefonumla bunu kameraya çəkdim ki, sonra sübut edə bilim. Bu, onun etirazına səbəb oldu. Aramızda mübahisə düşdü. Əlbəyaxa olduq. Sonra qızım ayırdı bizi.
O, öz maşınına minib getdi. Mən də piyada magistral yola doğru hərəkət etdim. Mağazaya çatanda uşaqların atalarının qohumları mənim qarşımı kəsdilər və məni zorla maşına oturtmaq istədilər. Orada əlbəyaxa olanda qəsəbə sakinləri bizi ayırdılar", - azyaşlının babası deyib.
Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1077 Tarix: 20 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr