Azərbaycanda dollar 2 manat OLACAQ? - AÇIQLAMA
Ölkələrin güclü iqtisadiyyatı və məqbul gəlirlərı dünyanın hər yerindən investisiya cəlb edir. Dollar dünyanın hər yerindən investisiya aldığı üçün dünyanın bir çox yerində onun etibarlılığı da artır. ABŞ-də yerləşən şirkətlər gündən-günə bazara daha çox məhsul təqdim edirlər. Bu baxımdan manata olan tələbat və dəyər artır. Bu gün maraqlandıran suallardan biri ölkədə dolların dəyərinin qalxmasıdır. Bu baxımdan Azərbaycanda dollar bahalaşa bilər?
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a deyib ki, indiki şərtlər daxilində Azərbaycanda ABŞ dollarının bahalaşmasının hər hansı bir fundamental-iqtisadi əsasları yoxdur:
"Tədiyə balansının profisinin güclü olması və neftin qiymətinin yüksək olması, ticarət saldosunun güclü olması səbəbindən manatın dəyəri güclüdür. Eyni zamanda bazara il ərzində təklif edilən dollar həcminin yüksək olması və faktiki olaraq hökumətin sözügedən istiqamətdə siyasəti, siyasət sənədlərində verilən mesajlar onu deməyə əsas verir ki, ABŞ dolları indiki şərtlər daxilində Azərbaycan manatına münasibətdə möhkəmlənməyəcəkdir. Eyni zamanda ona da diqqət etmək lazımdır ki, bazarlarda yüksək tələb formalaşdırılacaq manat kütləsi yoxdur. Bu da öz növbəsində müəyyən mənada daxili gələndə artımlar riskini aşağı salır".
Ekspertin sözlərinə görə, sözügedən amilər tələbin birdən-birə manatın məzənnəsinə təsir edəcək səviyyədə yüksək olmasının qarşısını alır:
"Nəzərə alsaq ki, strateji valyuta ehtiyatları 70 milyarda çatır. Mərkəzi Bankın o cümlədən valyuta ehtiyatları artır. Hətta yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatlarında artımlar qeydə alınıb. Manatın məzənnəsinin ucuzlaşması riski yoxdur. Üzən məzənnə rejiminə keçilsə belə bu şərtlər daxilində manatın məzənnəsi möhkəmlənir nəinki ucuzlaşır. Gələcəkdə isə manatın məzənnəsinin ucuzlaşma hökumətin siyasətindən asılıdır. Məzənnə siyasəti diqtə məzənnə siyasətidir. Bu diqtə sabah yaxud 2-3 il sonra istənilən rəqəmə eyni formada transformasiya oluna bilər. Bu gün Mərkəzi dəyəri 1.70 müəyyən edib. Sabah bunu 2-3-də edə bilər. Bu artıq vəziyyətdən və Mərkəzi Bankın qəbul etdiyi qərarlardan asılıdır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 13762 Tarix: 21 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr