"Fond pulu" MONOPOLİYASI: Toplanılan vəsait şəxsi maraq və ehtiyaclar üçün sərf oluna biləz! - AÇIQLAMA

"Fond pulu" MONOPOLİYASI: Toplanılan vəsait şəxsi maraq və ehtiyaclar üçün sərf oluna biləz! - AÇIQLAMABir sıra məktəblərdə şagirdlərdən "fond pulu" adı altında vəsaitlər yığılır. Əlbəttə ki, bu hallar valideynlər tərəfindən narahatlıqla qarşılanır. Valideyn bilmir ki övladının tədris ehtiyaclarını ödəsin yoxsa fond pulunu. Bu hallara qarşı hansı tədbirlər həyata keçirilməlidir?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamra Əsədov Sonxeber.az-a açıqlamasında deyib ki, ilk növbədə qeyd etmək lazımdır ki, təhsil haqqında qanunvericiliyin tələblərinə görə orta məktəblərdə ianələr toplana bilər. Gəlin öncə görək qanun nə deyir:

Maddə 34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;

Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi

38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

Mövcud qanunlarımız deyir ki, valideyinlər məktəbə könüllü ianə edə bilərlər. Emin müəllim də deyir ki, bunu indiki kimi sinif rəhbərinin, hansısa komitənin vasitəsi ilə kor-koranə yox, rəsmi və şəffaf şəkildə etmək lazımdır.

Ekspertin sözlərinə görə, məktəbə lazım olan bütün resurslar dövlət tərəfindən pulsuz olaraq verilir. Amma bəzən çatmayanlar olur:

"Misal üçün, X bir məktəbə KSQ, BSQ və digər təşkilati işlərin görülməsi üçün 20 paket A4 göndərilir. Amma bəzən şagirdlərin sayı və imtahanların həcmi daha çox kağıza ehtiyacı yaradır. Müvafiq məktəb yeni A4 vərəqi tələbi ilə yuxarı quruma müraciət edib kağız istəyənə və kağızlar gələnə qədər azı 4 ay vaxt keçir. Və ya lövhədə yazmaq üçün marker lazımdır, bir riyaziyyat müəllimi daha çox yazıb mövcud resursu bitirə bilər. Bəli, ümumiyyətlə, səbəb nə olursa-olsun, təhsil müəssisələrində pul yığılması qadağandır. Amma ortada mövcud problem var.

Kamran Əsədov qeyd edib ki, məktəbin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər:

"Şəxsi maraq və ehtiyaclar üçün sərf oluna biləz. Təkrar qeyd edirəm ki, qanunvericilikdə də qeyd olunur ki, məktəblər ianə qəbul edə və valideynlər tərəfindən köməklik oluna bilər. Amma problem onun tətbiqindədir. Hal hazırda bunun mexanizmi yoxdur. Hesab edirəm ki, məktəblərə muxtariyyət verilməlidir. Təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər. Belə olduğu təqdirdə bütün ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər.Təhsil naziri isə məhz bu istiqamətdə maraqlı olduqlarını qeyd edir. Yəni müvafiq təşkilat bunu könüllü etsin və əgər vəsait toplanacaqsa, bu şəffaf, hesabatlı formada həyata keçirilsin".

Ekspert beynəlxalq təcrübəyə görə belə təşkilatlara yığılan vəsaitlər, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, hər hansı yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və s. xərcləndiyini deyib:

"Bunun isə şəffaf hesabatını kim tələb etsə, təqdim edə bilər. Lakin bizim məktəblərimizdə hal-hazırda bu yoxdur. Məktəblərə yardım etmək təcrübəsi Avropada, ABŞ-da belə var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu məcburi deyil, bu nəğd pul almaq formasında həyata keçirilmir. Təşkilata üzvlük könüllü olmalı, heç bir halda nağd şəkildə valideynlərdən pul tələb edilməməlidir. Təşkilatın hesabı olmalı, valideynlər üzvlük haqqını həmin hesaba köçürməlidirlər. Və, təhsil naziri demir ki, rüşvəti şəffaf yığın, deyir ki, vəsait qanunvericiliyin tələbləri çərçivəsində yığılmalı və düzgün istiqamətdə xərclənməlidir. Daha kim istəyir, əlinə bir dəftər alıb pul yığmamalıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1210   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr