Şəhid və qazi ailəsi adından sui-istifadə edən şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA

Şəhid və qazi ailəsi adından sui-istifadə edən şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMAÖlkədə qazi, Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi adından istifadə edən şəxslər az deyil. Həmin şəxslər bu adlar istifadə edərək qanunsuzluq və dələduzluq hallarına yol verir. Hətta yeri gəlir paytaxt ərazisində narahatlıq belə yaradırlar. Bu baxımdan şəhid və qazi ailələrinin adından istifadə edən şəxsləri hansı cəza gözləyir?.

Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlamasında bildirib ki, əfsuslar olsun ki, cəmiyyətimizdə belə xoşagəlməz hallara tez-tez rast gəlirik:

"Rəğbətlə yanaşdığımız və həssas olan insanların, qazi, şəhid ailəsi adından istifadə edərək cəmiyyətdə vətəndaşlarımıza qarşı müxtəlif yollarla cinayətlər törədilir. Bunlardan daha çox yayılanı dələduzluq cinayətidir. İnsanların etibarından istifadə edərək onların əmlaklarını və hüquqlarının ələ keçirilməsi ilə bağlı addımlar atılır. Belə dəyərlərdən sui-istifadə etmək üçün ən münbit şərait dələduzluq cinayətidir. Bu cinayətin özü Azərbaycanın cinayət qanunvericiliyi ilə ciddi şəkildə məsuliyyət tədbirləri nəzərdə tutur. Hər bir halda, bu addımın ilk olaraq mənəvi tərəfləri var. Cəmiyyətimiz tərəfindən bu hallar sərt qınağa tuş gəlir. Bu qəbuledilməzdir. Belə insanlara münasibətdə cəmiyyətdə çox hiddət var. Cinayət qanunvericiliyində yumşaldıcı məqamlar olsa belə, insanlarımız arasında belə hallar yumşaq qarşılanmır".

Xəyal Bəşirovun sözlərinə görə, bu əməllər qanunvericilikdə ciddi məsuliyyət yaradır:

"Bunun kiminsə adından istifadə edilməsindən asılı olmayaraq, dələduzluq cinayəti törədibsə 178 ci maddə ilə 2 ilə qədər azadlıqdan məhrum etmə işləri daxil olmaqla, ictimai işlər, ictimai-islah işləri və cərimələr nəzərdə tutulub. Təbii ki, bununla məhdudlaşmır. Dəfələrlə törədilməsi və digər ağırlaşdırıcı hallarda bu 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzasını reallaşdırır. Daha ağırlaşdırıcı hallarda isə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təsəvvür edin bir şəxsin törətdiyi cinayət onun 12 ilə qədər azadlıqdan məhrum edilməsinə gətirib çıxarır. Xüsusilə qazi və şəhid ailəsi adından sui-istifadə edərək bunu törədir. Mən düşünürəm ki, cinayət qanunvericiliyində ağırlaşdırıcı hallar var. Ağırlaşdırıcı hallar konkret olaraq nəzərdə tutulmalıdır. Nəzərdə tutulubsa tətbiq edilə bilər. Bu baxımdan qanunvericilikdə yoxdursa belə şəxslərə qarşı ağırlaşdırıcı hallar tətbiq edilməlidir. Gələcəkdə belə halların qarşısını almaq üçün, cəmiyyətin sərt qınağını bunun ağırlaşdırıcı hal kimi nəzərdə tutulub əlavələr edilə bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1373   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr