Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıbÖlkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

Cari ilin fevral ayının 21-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 60 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari təlimə başlanılıb.

Təlimin ilk günündə keçirilən tədbirdə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov açılış nitqi ilə çıxış edərək vəkilliyə namizədlərə uğurlar arzulayıb, təlimlərin əsas məqsədi, mahiyyətindən danışıb, vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsinin vacibliyini dilə gətirib. O, VK-nın müstəqil təsisat olduğunu, son illər vəkillərin sayının 3 dəfədən çox artdığını, Kollegiyanın ədalət mühakiməsi ilə bağlı olan qurumlarla çox sıx əməkdaşlıq etdiyini, bu əməkdaşlığın dərin köklərə söykəndiyini bildirib. İki həftə davam edəcək təlimin proqramının fərqli olduğunu söyləyən prorektor nəzərə çatdırıb ki, praktiki təcrübəyə daha çox üstünlük veriləcək, eyni zamanda, bura təlimçi vəkil və hüquqşünaslar cəlb olunacaq.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırov çıxışında vəkilliyə namizədlərə uğurlar diləyib, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini deyib.

Diqqətə çatdırılıb ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə VK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitində keçirilir. Həmçinin, ixtisas imtahanının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilir. Hamıya eyni suallar verilir, ayrı-seçkilik olmur.

İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacağını bildirən sədr icbari təlimdə ARVK-dan 51, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından (NMRVK) isə 9 vəkilliyə namizədin iştirak etdiyini, habelə onlardan 84 faizinin 40 yaşadək olduğunu söyləyib. Sədr ilk dəfə olaraq təlimə NMRVK-nın vəkilliyə namizədlərinin qatıldığını, həmin şəxslərin bəzilərinin onlayn qaydada iştirak etdiyini xüsusi vurğulayıb.

Həmçinin, Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə danışıb, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, o cümlədən onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə diqqətə çatdırıb. Sədr son illər tədris prosesində dəyişikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu söyləyib.

Tədbirdə Anar Bağırov Kollegiyanın son illər bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlıqlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini vurğulayıb.

Sədr diqqətə çatdırıb ki, dövlət hesabına hüquqi yardımın artırılması məsələsi reallaşmaq üzrədir. Bununla bağlı artıq müvafiq sənədlərin layihəsi hazırlanıb. Ümid edirəm ki, məsələ qısa zamanda öz həllini tapacaq. Həmçinin, bildirmək istərdim ki, bu il dövlət büdcəsindən dövlət hesabına hüquqi yardımla bağlı ilk dəfə olaraq 5 milyon 500 min manat pul ayrılıb.

Anar Bağırov xatırladıb ki, vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməlidirlər. Nəzərinizə çatdırmaq istərdim ki, bəzi formal vəkillik, qeyri-prosessual hallar vəkilliyin nüfuzunu aşağı salır. Qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər. Xüsusi ilə vurğulayıram ki, VK bununla bağlı hər zaman barışmaz mövqe nümayiş etdirəcək.

Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə nəzərə çatdırıb. Bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu dilə gətirilib.

Daha sonra ARVK-nın sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib.
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıbVəkilliyə namizədlərlə icbari təlimə başlanılıbVəkilliyə namizədlərlə icbari təlimə başlanılıbVəkilliyə namizədlərlə icbari təlimə başlanılıbVəkilliyə namizədlərlə icbari təlimə başlanılıbVəkilliyə namizədlərlə icbari təlimə başlanılıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 638   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr