Venesuela Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir
Venesuela və Türkiyə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı inkişaf etdirir və 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bunu Venesuelanın xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri Dri İvan Gil-Pinto Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlardan sonra deyib.
"Bu gün biz ikitərəfli əməkdaşlığın gündəliyini tam nəzərdən keçirdik və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Venesuela rəhbəri Nikolas Maduro sayəsində son illərdə əldə olunan uğurları qeyd etdik", - Gil-Pinto bildirib.
Nazir bildirib ki, iki ölkə prezidentlərinin tapşırığına əsasən, 2024-cü ildə ticarət dövriyyəsi 800 milyon dollardan 3 milyard dollara yüksəlməlidir.
O, Türkiyə ilə mədən sənayesi, turizm, hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişaf etdiyini qeyd edib və Venesuelanın Türkiyənin neft-kimya sənayesi üçün mühüm xammal tədarükçüsünə çevrildiyini vurğulayıb.
Dri İvan Gil-Pinto bildirib ki, birgə komissiyanın IV iclası may ayında Türkiyədə keçiriləcək, iclasda səhiyyə, ticarət, neft sənayesi və turizm sahələrində qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə baxılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 487 Tarix: 25 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noku Maldives - ada istirahətinə yeni baxış
"Noku Maldives", "Vignette Collection" fərdi yanaşma və yaddaqalan səyahət təcrübələri yaratmaq məqsədi ilə birləşən unikal otellərdən ibarət sürətlə böyüyən portfelin bir hissəsidir. Nunu atolunun kristal kimi təmiz sularının ortasında yerləşən Noku Maldives özəl çimərlik və suüst
7 aprelSabahın havası ilə bağlı VACİB MƏLUMAT
Alimlər Yer kürəsində yaxın sutka ərzində zəif və orta güclü maqnit qasırğalarının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş Astronomiyası laboratoriyasının Telegram kanalında məlumat
7 aprelBəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİ
"Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir". -a istinadən xəbər verir ki, bu barədə Quba-Xaçma
6 aprelBakıda 17, rayonlarda 23 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı
7 aprelBirinci sinfə qeydiyyat prosesinə hazırlıq: Valideynlərin diqqətinə
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd edilib ki
7 aprelKafe və parklardakı pulsuz Wi-Fi-lərə qoşulanlara XƏBƏRDARLIQ
İctimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrindən istifadə rahat görünsə də, bu cür bağlantılar ciddi təhlükələr yarada bilər. Xüsusilə kafe, park və ticarət mərkəzlərində istifadə olunan şifrəsiz və ya zəif qorunan şəbəkələr şəxsi məlumatların oğurlanması riskini artırır. xəbər verir ki, Kibertəhlükəsizli
7 aprel